• cümə, 26 Aprel, 00:46
  • Baku Bakı 16°C

“Formula-1” şefi Bakıdan öyrənməyə çağırdı

22.06.16 15:49 1185
“Formula-1” şefi Bakıdan öyrənməyə çağırdı
"Formula-1” şefi Berni Ekklstoun bildirib ki. başqa promouterlər yarışları necə keçirməyi lazım olduğunu Bakıdan öyrənməlidirlər.
"Əgər "Formula-1”in keçirildiyi bütün ölkələr Bakıdakı insanlar kimi işləsələr, bu fantastik olardı. Azərbaycanda inanılmaz işlər görülüb”, - bunu Ekklstoun "Sky Sports”a bildirib.
"F-1” rəhbəri xüsusilə televiziya görüntüsündən razıdır. "Marşrut çox uğurlu idi. İstəyirdim ki, bolidlər mütləq qədim qalanın yanından keçsinlər, bu kadra düşsün. Biz bunu çox uğurla etdik”.
Sürücülər də Bakıdakı yarışdan məmnundurlar. Onların arasında dünya çempionu Lüis Hemilton da var: "Bakı indiyə kimi xəbərimizin olmadığı, hardasa gizlədilmiş qiymətli daş kimidir. Hər şeydən əlavə, orda əla hava var”.
Kiçik problemləri Berni Ekklstoun bunu hələ "başlanğıc, ilk yarış olması” ilə izah edib. O bir daha bildirib ki, 5 ildən tez Bakının bu yarışlardan imtina edəcəyinə görə narahat olmağa dəyməz.
Bunu "Sky Sports”a müsahibəsində Avropa Qran-Prisinin promouteri Arif Rəhimov da qeyd edib: "Hökumət doğrudan da başa düşür ki. Qran-Pri ölkəyə çox şey gətirir və bu bizə vacibdir. Buna görə həmin yarışı keçiririk və imtina etmək niyyətində deyilik. Biz hər şeydən məmnunuq və ümid edirəm ki, "Formula-1”lə uzunmüddətli münasibətlərimiz olacaq”.
banner

Oxşar Xəbərlər