• çərşənbə axşamı, 23 aprel, 10:50
  • Baku Bakı 20°C

Formula 1-lə əlaqədar viza proseduru sadələşdirilir

02.03.17 20:02 1016
Formula 1-lə əlaqədar viza proseduru sadələşdirilir
Azərbaycan prezidentiİlham Əliyev2017 Formula 1 Azərbaycan Qran-Pri yarışının təşkili və keçirilməsi ilə bağlıAzərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayanşəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, 2017 Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar Azərbaycana gələn və sərəncamda göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il mayın 15-dən iyulun 15-dək Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalqhavalimanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan "Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən kart və ya digər sənəd;

Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən kart.
banner

Oxşar Xəbərlər