• cümə, 19 Aprel, 11:55
  • Baku Bakı 13°C

Formula 1 ilə bağlı son durum - 40-dan çox ölkədən bilet alınıb

02.02.17 12:15 1114
Formula 1 ilə bağlı son durum - 40-dan çox ölkədən bilet alınıb
"Bakıda keçiriləcək növbəti Formula 1 yarışları üçün bilet satışları normal qaydada davam edir. Artıq 40-dan çox ölkədən yarışlara biletlər alınıb”.
Bunu Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
N.Arpadarai bildirib ki, hər şey plana uyğun olaraq gedir:
"Tikinti işləri bu aydan başlayacaq. Təbliğat işləri davam edir. Bilet satışı ilə bağlı ilk kampaniya 31 yanvarda sona yetdi. Nəticələrdən razıyıq, gözləntilərimiz özünü doğrultdu. Dünyanın 40-dan çox ölkəsindən biletlər alınıb. Ən çox Rusiyadan, Böyük Britaniyadan, Avropa və ərəb ölkələrindən biletlər alınıb”.
O əlavə edib ki, bu dəfə də yarışlarla bağlı konsertlərə dünya ulduzlarının dəvət olunması gözlənilir:
"Üç konsert proqramının təşkil olunması nəzərdə tutulur. Konsert proqramlarında dünya ulduzlarının da iştirak etməsi gözlənilir. Hazırda bununla bağlı danışıqlar gedir, razılıq əldə olunduqdan sonra onların adları ictimaiyyətə açıqlanacaq”.
banner

Oxşar Xəbərlər