• cümə axşamı, 28 mart, 23:44
  • Baku Bakı 13°C

"Formula-1" Azərbaycan Qran Prisi ilə bağlı təcili hallarda tibbi yardım planı hazırlanıb

18.04.17 13:05 750
"Formula-1" Azərbaycan Qran Prisi ilə bağlı təcili hallarda tibbi yardım planı hazırlanıb
"Formula-1Azərbaycan Qran Prisiilə əlaqədar Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) reanimasiya və anesteziologiya şöbəsinin nəzdindəyaradılmış, xüsusi şəraitə malik iki nəfərlik yanıq palatası tam işlək vəziyyətdədir”.
BunuAPA-ya MNX-nın Təcili tibbi yardım şöbəsinin müdiri Raud Əsədov deyib.O bildirib ki, Türkiyədə məşğələ-təlimlərdə iştirak etmiş iki həkim-reanimatoloq və iki tibb bacısı Formula-1 yarışları vaxtı palatada fəaliyyət göstərəcək.
Şöbə müdirinin sözlərinə görə, palata müvafiq dərmanvə məsrəf materialları ilətəmin edilib: "Bundan əlavə, texniki xidmət tərəfindən palatadakı avadanlıqlara baxış keçirilib və avadanlıqlar tam işlək vəziyyətdədir. Müvafiq əmrə əsasən, yarışlar zamanı xəstəxanada travmotoloq-ortoped, neyrocərrah, plastik cərrah, ümumi cərrah, reanimasiyavə digər xidmətlərin həkimləri gücləndirilmiş iş rejimində 24 saat fəaliyyət göstərəcək”.
R. Əsədov qeyd edib ki, Formula-1 Azərbaycan Qran Prisi ilə bağlı təcili hallardatibbi yardım planı da hazırlanıb: "Yarış zamanı hər hansı bir xoşagəlməz hadisə baş versə, biz bu plan əsasında hərəkət edəcəyik”.
Qeyd edək ki, MNX Formula-1 Azərbaycan Qran Prisi ilə əlaqədar əsas tərəfdaş xəstəxana olaraq nəzərdə tutulub.
Xatırladaq ki, yarış23-25 iyun tarixlərində ikinci dəfə Bakıda baş tutacaq.
banner

Oxşar Xəbərlər