• cümə axşamı, 18 aprel, 22:47
  • Baku Bakı 21°C

Foqts Qırğızıstanla oyunda bu 5 nəfəri oynatmayacaq

19.11.13 07:44 1426
Foqts Qırğızıstanla oyunda bu 5 nəfəri oynatmayacaq
Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts Bişkekdə keçiriləcək görüş üçün bir sıra dəyişikliklərə əl atıb.
Belə ki, noyabrın 15-də Tallinndə Estoniyaya uduzduğumuz (1:2) qarşılaşmada əsas heyətdə olan 5 futbolçu - Anar Nəzirov, Bədavi Hüseynov, Elnur Allahverdiyev, Vaqif Cavadov və Maksim Medvedev yerlərini komanda yoldaşlarına verəcək.
Böyük ehtimalla, almaniyalı mütəxəssis bu dəfə “çərçivə”ni Səlahət Ağayevə etibar edəcək. Müdafiənin mərkəzində Rasim Ramaldanovla Ruslan Abışov yer alıb. Düzdü, Bişkekdəki son məşqdə Abışovun ayağı burxulub. Amma çox güman ki, bu amil “Rubin” futbolçusunun meydana çıxmasına mane olmayacaq. Cinahlarda isə Mahir Şükürovla Əli Gökdəmir olacaq.
Komandamızın səviyyəcə özündən zəif rəqiblə duelə hücumameylli heyətlə çıxacağını söyləməliyik. Foqtsun 3 forvarda – Cihan Özkara, Rüfət Dadaşov və Rauf Əliyevə ilk “11-lik”də yer verməsi belə deməyə əsas verir. Orta xəttə isə Cavid Hüseynov, Rahid Əmirquliyev və Vüqar Nadirov baş məşqçinin tapşırıqlarını yerinə yetirəcəklər.
Qeyd edək ki, Qırğızıstan – Azərbaycan matçı Dolen Omurzakov adına stadionda (keçmiş “Spartak” stadionu) baş tutacaq və Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
banner

Oxşar Xəbərlər