• cümə, 26 Aprel, 02:41
  • Baku Bakı 16°C

"Fitch" manatın 2018-ci ilədək məzənnəsi üzrə proqnozunu açıqlayıb

07.12.16 12:40 840
"Fitch" manatın 2018-ci ilədək məzənnəsi üzrə proqnozunu açıqlayıb
"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan manatının məzənnəsi ilə bağlı proqnozlarını açıqlayıb.

"APA-Economics" xəbər verir ki, agentliyin analitikləri 2016-2018-ci illərdə manatın dollara nisbətən məzənnəsinin 1,55-1,7 səviyyəsində dəyişəcəyini proqnozlaşdırır.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə dolların məzənnəsini 1,7369 səviyyəsində müəyyən edib ki, bu da ötən günlə müqayisədə dolların 0,17% möhkəmlənməsindən xəbər verir.

Ötən gün AMB-də Azərbaycan Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,7339 məzənnəsi ilə başlayıb və 1,7369 məzənnəsi ilə yekunlaşıb.
banner

Oxşar Xəbərlər