AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Fitch": Azərbaycanın kapital və gəlirlilik buferləri bank sektorunun sabit proqnozunu qoruyur

İqtisadiyyat
02 Dekabr 2020, 18:16 230

"Fitch Ratings" beynəlxalq agentliyi MDB ölkələrində emitentin defolt reytinqi (IDR) üzrə proqnozunu "mənfi"də saxlayıb. Bunun əsas səbəbləri kimi, Belarusun IDR üzrə proqnozunun "mənfi" olması, həmçinin Rusiya, Ermənistan və Gürcüstan kimi ölkələrdə bankların IDR üzrə proqnozunun "mənfi" olması göstərilir.
"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, digər dörd ölkədə IDR üzrə proqnoz "sabit"dir və bu ölkənin reytinqi üzrə proqnozunun "sabit" olması (Ukrayna və Özbəkistan) və böyük kapital/gəlirlilik buferlərinin (Qazaxıstan və Azərbaycan) mövcudluğu əks etdirir.
Qeyd edək ki, ötən ay "Fitch Ratings" beynəlxalq agentliyi Azərbaycanın xarici və yerli valyutada emitentin uzun müddətli defolt reytinqinin (IDR) "BB+" səviyyəsində təsdiq edib, reytinq üzrə proqnozu isə "mənfi"də saxlayıb. Azərbaycanın IDR-ın "BB+" səviyyəsində təsdiq edilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin hesabına mövcud olan çox güclü yerli və xarici balanslarını və məzənnə rejimi ilə əlaqəli olaraq siyasətin proqnozlaşdırıla bilən və şəffaf olmamasını əks etdirir.