• cümə, 26 Aprel, 01:45
  • Baku Bakı 16°C

Fitch: 2019-cu ildə Azərbaycan iqtisadiyyatı 4 faizdən çox artacaq

05.08.17 12:30 1454
Fitch: 2019-cu ildə Azərbaycan iqtisadiyyatı 4 faizdən çox artacaq
"Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycan iqtisadiyyatının 4,3 faiz artımını proqnozlaşdırır. Trend bu barədə agentliyin yeni hesabatına istinadən məlumat verir.
Qeyd olunur ki, iqtisadi artıma iri enerji layihələri, xüsusilə də "Şahdəniz” layihəsinin ikinci mərhələsi yardımçı olacaq.
"Şahdəniz” yatağı sayəsində Azərbaycanda qaz hasilatının iki dəfə artması gözlənilir.
Hesabatda qeyd olunur ki, daha yüksək neft qiymətləri 2017-ci ilin birinci rübündə cari əməliyyatların hesabının profisitinin bərpa olunmasına yardım edib. "Enerji ehtiyatlarının qiymətinin artması və 2019-cu ildə neft və qaz hasilatının çoxalması profisiti gələcəkdə da saxlamağa kömək edəcək”.
Bundan başqa, analitiklər vurğulayırlar ki, son illərdə manatın kursu stabil olub ki, bu da inflyasiya təzyiqini yumşaltmağa imkan verib. "2019-cu ildə orta inflyasiya səviyyəsi 5 faiz, 2017-ci ildə isə 11,8 faiz təşkil edəcək”.
banner

Oxşar Xəbərlər