Firudin bəy Köçərlinin “Balalara hədiyyə” kitabı folklor poetikası kontekstində
Firudin bəy Köçərli Azərbaycan ədəbiyyatı,
tarixi və folkloru üçün son dərəcə ciddi və fundamental tədqiqat işlərinin müəllifi
olaraq tanınır. Köçərli imzası adı altında bir çox ilklərə imza
atan Firudin bəyin adı daim dillər əzbəri olacaq. Tarixin işıqlı səhifələrinə nəzər
salsaq görərik ki, Şuşa şəhəri, torpağı elmimiz üçün son dərəcə ciddi tədqiqatçılar
yetişdirmişdir. Yusif Vəzir Çəmənzəminli kimi böyük ədiblər yetişdirən Şuşa, həmçinin
Firudin bəy Köçərli kimi bir alimi də elmimizə qazandırmışdır.
Evim-eşiyim laylay,
Sən get şirin yuxuya,
Çəkim keşüyüy laylay.
Nümunə gətirdiyimiz laylada ana uşağını həzin bir şəkildə əzizləyir. Evini, eşiyini uşağına qurban verən ananın bu sözləri, əlbəttə ki, uşağın gələcək həyatında, xüsusilə də, uşağın psixologiyasına önəmli yer tutacaq. Bu kimi hikmətamiz laylalar, bayatılar, atalar sözləri, məsəllər və s. folklor nümunələri F.Köçərlinin "Ballara hədiyyə” kitabında çox geniş bir şəkildə yer almışdır.
F.Köçərlinin "Balalara hədiyyə” kitabında daha çox hadisələr heyvanlar üzərində qurulur. Başqa sözlə desək, heyvanların xarakteri vasitəsi ilə uşaqlara nəyin yanlış, nəyin doğru olduğu açılıb göstərilir. Heyvanların daxili aləmi, onların xarakteri müəyyən mövzular üzərində köklənərək uşaqlara tərbiyə edici mahiyyət aşılayır. Bir növ insanların həyatda mənfi münasibət qazanmalarının səbəbləri və yaxud pis insanların etdiyi xoşagəlməz hərəkətləri heyvanlar vasitəsi ilə izah edir. Çünki uşaqlar elə bir mürəkkəb psixologiyaya sahib olurlar ki, onları hər an istənilən istiqamətə yönəltmək mümkündür. F.Köçərli bir pedaqoq olaraq uşaqların psixologiyasına uyğun folklor mətnlərini toplayıb, çap etdirib ki, xalq yaradıcılığı ilə bağlı uşaqların müəyyən təsəvvürləri olsun.
Kol belə xəyal elədi ki, dəvə onun tikanından qorxub çəkildi.
Dəvə kolun fikrini duyub dedi:
-Mənim qorxum səndən deyil, o gizlənmiş qonaqdandır”.
"Dəvə kolu"nun kölgəsində yatan ilanlar bu günün özündə də var. Artıq "dəvə kolu"nun kölgəsində gizlənən ilanlar mənfur niyyətli insanları rəmzləşdirir. Bu cür mətnlərin əsasında uşaqların, gənclərin həyata baxış tərzi formalaşır.
İlkin Elsever
F.Köçərli yaradıcılığı boyu bir çox istiqamət üzrə
tədqiqatlar aparmışdır. Həm tərcüməçi, həm pedaqoq, həm tarixçi,
həm də ki, gözəl bir folklorşünas kimi böyük işlər görmüşdür. F.Köçərli gənc yaşlarından insanların maarifləndirilməsi istiqamətində əsl fədakarlıqlar göstərmişdir.
Xüsusilə də, milli və mənəvi dəyərlərin təbliğində,
milli mətbuatın, milli ədəbiyyatın inkişafında parlaq qələmini bir an olsun belə
yerə qoymamışdır. Firudin bəy Köçərli dövrünün mətbuatı ilə çox sıx şəkildə əlaqə
yaradaraq bir çox problemləri işıqlandırmışdır. O, "Kaspi”, "İrşad”, "Tərəqqi”, "İqbal” və s. qəzetlərlə əməkdaşlıq edərək dövrün problemlərini
gündəliyə gətirmişdir. Həmçinin F.Köçərli mətbuat vasitəsi ilə topladığı xalq
yaradıcılığı örnəklərini də çap etdirirdi.
Tədqiqat istiqamətinin bir qolunu qədim dövr ədəbiyyatı,
tarixi ilə bağlayan F.Köçərli yazdığı məqalələri təkcə ölkəmizdə yox, onun hüdudlarında kənarda da tanıtmaq
istəyirdi. "Bu məqsədlə 1903-cü ildə rusca yazdığı "Azərbaycan tatarlarının ədəbiyyatı”
əsəri ədəbiyyatımız haqqında rus oxucusuna maraqlı, həm də yığcam məlumat
verdi”. Dövrün siyasi və ideoloji tələbindən asılı olaraq
"türk” sözü yerinə "tatar” yazılırdı. Başqa ziyalılarımız da
məcburiyyət qarşısında qalaraq əsərlərində türk sözü yerinə, tatar sözü işlətmişlər.Yuxarıda qeyd etdiyimiz kimi, F.Köçərli püxtələşmiş
bir folklorşünas idi. Xalq yaradıcılığı nümunələrini toplamaqla yorulmadan məşğul olan pedaqoq bu işi özünə müqəddəs borc sayırdı. Çünki folklorumuzda xalqımızın tarixi, zəngin milli mənəvi dəyərlər sistemi mövcuddur. Xalq
yaradıcılığını dərindən tədqiq etməklə nəinki folklorşünaslıq
elmini, hətta bir çox sahələrin öyrənilməsi və tədqiq edilməsi də mümkündür. F.Köçərli
topladığı xalq yaradıcılığı nümunələrini təkcə milli mətbuatımızda yox, xarici
mətbuatda da çap etdirərək yayırdı.
F.Köçərlinin uşaq folkloru sahəsində olduqca böyük
və əvəzolunmaz xidmətləri vardır. Ədibin "Balalara hədiyyə” kitabı uşaq
folklorunun toplanılıb nəşr etdirilməsi yolunda atılmış ən böyük addımdır. Azərbaycan folklorunun
ilk antologiyası olan "Balalara hədiyyə” kitabı uşaqların dünyagörüşünün
formalaşmasında, həyat və təbiət haqqında təsəvvürlərin yaradılmasında böyük rol
oynamışdır.Uşaq ədəbiyyatına
dair bir çox ziyalılarımız parlaq zəkanın məhsulu olaraq çoxlu əsərlər yazmışlar.
Məsələn, Süleyman Sani Axundov, Abdulla Şaiq, Abbas Səhhət, Cəlil Məmmədquluzadə
və b. F.Köçərli uşaq folklorunu toplamaqla uşaqların milli ruhda böyüməsinə, yaradıcılıq
qabiliyyətinin inkişaf etdirilməsinə çox böyük təsir etmişdir. Böyüklərlə
uşaqların dünyagörüşü fərqli olduğu üçün, uşaqların həyatı dərketməsində də bir özünəməxsusluq var.
Uşaq dünyaya göz açan zaman ananın söylədiyi laylanın, əzizləmənin yaratdığı təəssüratı
heç bir psixoloq, pedaqoq bacara bilməz. Professor Ramazan Qafarlı yazır ki,
"Poetik şifahi xalq yaradıcılığı anadan olan gündən ömrünün son anınadək insanı
addımbaadım izləyir, onun məsləhətçisi, yol göstərəni, həyat müəllimi olur”. Bu həqiqətən də
belədir. Uşaq gözünü açarkən ana laylayısının sədaları altında böyüyür. Daha sonra nənələrin,
babaların söylədiyi nağıllar, bayatılar əsasında yeni həyata doğru irəliləyir.
Laylay
beşiyim laylay,Evim-eşiyim laylay,
Sən get şirin yuxuya,
Çəkim keşüyüy laylay.
Nümunə gətirdiyimiz laylada ana uşağını həzin bir şəkildə əzizləyir. Evini, eşiyini uşağına qurban verən ananın bu sözləri, əlbəttə ki, uşağın gələcək həyatında, xüsusilə də, uşağın psixologiyasına önəmli yer tutacaq. Bu kimi hikmətamiz laylalar, bayatılar, atalar sözləri, məsəllər və s. folklor nümunələri F.Köçərlinin "Ballara hədiyyə” kitabında çox geniş bir şəkildə yer almışdır.
F.Köçərlinin "Balalara hədiyyə” kitabında daha çox hadisələr heyvanlar üzərində qurulur. Başqa sözlə desək, heyvanların xarakteri vasitəsi ilə uşaqlara nəyin yanlış, nəyin doğru olduğu açılıb göstərilir. Heyvanların daxili aləmi, onların xarakteri müəyyən mövzular üzərində köklənərək uşaqlara tərbiyə edici mahiyyət aşılayır. Bir növ insanların həyatda mənfi münasibət qazanmalarının səbəbləri və yaxud pis insanların etdiyi xoşagəlməz hərəkətləri heyvanlar vasitəsi ilə izah edir. Çünki uşaqlar elə bir mürəkkəb psixologiyaya sahib olurlar ki, onları hər an istənilən istiqamətə yönəltmək mümkündür. F.Köçərli bir pedaqoq olaraq uşaqların psixologiyasına uyğun folklor mətnlərini toplayıb, çap etdirib ki, xalq yaradıcılığı ilə bağlı uşaqların müəyyən təsəvvürləri olsun.
"Balalara hədiyyə” kitabında yer alan əsas məsələlərdən
biri xeyir və şər münasibətidir. F.Köçərli haqq, ədalət və doğruluğa aid çoxlu
nümunələri misal göstərir. Məsələn, "Doğruya zaval yoxdur, çəksən hər divanə”,
"Sən haqq ilə ol- haqq səninlə olar”. Uşaqlara
haqqın, doğrunun nə olduğunu erkən zamanda izah etsən o, gələcək həyatında xeyrin,
şərin nə olduğunu biləcək.
"Dəvə və tikan” adlı yazıda "dəvə kolu"nun
kölgəsində yatmış ilan bu günün özündə də bir çox hadisələrlə mahiyyət
baxımından eynilik təşkil edir. "Bir dəvə çöldə otlayırdı. Yarpaqlanmış
tikan koluna yaxınlaşıb istədi onun yarpaqlarını yesin. Ağzını kola tərəf
uzadanda gördü ki, onun içində bir ilan qıvrılıb yatıb. Dəvə tamah dişini ondan
çəkib geri qayıtdı. Kol belə xəyal elədi ki, dəvə onun tikanından qorxub çəkildi.
Dəvə kolun fikrini duyub dedi:
-Mənim qorxum səndən deyil, o gizlənmiş qonaqdandır”.
"Dəvə kolu"nun kölgəsində yatan ilanlar bu günün özündə də var. Artıq "dəvə kolu"nun kölgəsində gizlənən ilanlar mənfur niyyətli insanları rəmzləşdirir. Bu cür mətnlərin əsasında uşaqların, gənclərin həyata baxış tərzi formalaşır.
"Balalara hədiyyə” kitabında məsəllər, tapmacalar,
laylalar, bayatılar, sayaçı sözləri, nəsihətlər və təmsillər
yer alır. Hər bir mətnin semantikası tərbiyə edici əhəmiyyətə malikdir. Hər
hansı bir atalar sözünü və yaxud məsəli çəkməklə çoxlu məsələlərə aydınlıq gətirmək
mümkündür. Məsələn, "Əski pambıq bez olmaz, qarı düşmən dost olmaz” deyimində
oxucuda artıq belə bir təfəkkür yaranır ki, köhnə parça istifadə edilmədiyi kimi, qorxulu insanla da dostluq etmək olmaz. "Balalara hədiyyə”
kitabında belə bir məsəl var "Buynuzsuz qoçun qısası buynuzlu qoçda
qalmazlar”. Həyatda cəzasız heç bir şey yoxdur. Nə
pislik edirsənsə et, mütləqdir ki, onun hesab verməlisən, cəzasını çəkməlisən.
Digər bir məsələ nəzər yetirək: "Yaxşılıq elə, at dəryaya, balıq bilməsə,
xaliq bilər”. Bu məsəl
"Sağ əlin verdiyini, sol əl bilməməlidir” məsəli ilə məzmun etibarı ilə eynilik təşkil
edir. Yaxşılığı təmənnasız, qarşılıqsız etmək lazımdır. Yaxşılıq edib, aləmə car
çəkmədənsə, etməmək yaxşıdır.
Firudin bəy Köçərlinin "Balalara hədiyyə” kitabı məzmun
və sanbal etibarı ilə çox əhəmiyyətlidir. Bu kitabda yer alan
fikirlər təkcə dövrünün yox, bu günün özündə
də aktual olaraq qalır. İnsanlar yaşlarından asılı olmayaraq hər zaman oxumalı,
öyrənməli və öyrətməlidir. Xüsusilə də, uşaqları, gəncləri düzgün yola istiqamətləndirmək
lazımdır. Onlara mədəniyyətimizi, tariximizi, dövlətimizi, dilimizi, dinimizi,
millətimizi, milli mənəvi dəyərlərimizi və xalq yaradıcılığımızı sevdirmək
lazımdır. İnsanlar qarşılaşdığı hadisələr haqqında yaxşı və pis münasibətlərini
xalq yaradıcılığı örnəkləri vasitəsi ilə bildirirlər. Məsələn, bir məsəl,
atalar sözü və bayatı deməklə həmin hadisəyə münasibətlərini bildirirlər.
F.Köçərlinin yaradıcılığı zəngin və çoxşaxəlidir.
Onun yaradıcılığını daha da parlaq edən xalq yaradıcılığıdır. Çünki o, kökümüzlə çox sıx bağlı bir alimdir, pedaqoqdur,
folklorşünasdır.
Nəticə olaraq onu qeyd edə bilərik ki, Firudin bəy
Köçərlinin "Balalara hədiyyə” kitabı folklorşünaslıqda
çox önəmli və dəyərli töhfədir. F.Köçərlinin "Balalara hədiyyə” kitabı orta məktəb
şagirdlərinin əsas kitablarından olmalıdır. İlkin Elsever