• cümə, 29 Mart, 13:49
  • Baku Bakı 14°C

Fındıq bağlarının artırılması kənd əhalisinin maddi gəlirlərini daha da artıracaq

06.08.17 09:45 1718
Fındıq bağlarının artırılması kənd əhalisinin maddi gəlirlərini daha da artıracaq
Prezident İlham Əliyevin Qax rayonuna hər səfəri yeni-yeni obyektlərin, sosial-infrastruktur layihələrinin, emal yönümlü müəssisələrin açılışı ilə yadda qalır. Bu dəfəki səfər də istisna təşkil etməyib, yeni avtomobil yolları, elektrik yarımstansiyası istifadəyə verilib. Rayonumuzda Bayraq Muzeyinin açılışı isə, bir gənc kimi, məni çox qürurlandırdı. Fəxr edirəm ki, indi şəhərimizin girişində, 62 metr yüksəklikdə üçrəngli Azərbaycan bayrağı dalğalanır.
Bu sözləri Qax şəhər sakini Elnur AbdullayevAZƏRTAC-a müsahibəsində deyib.
Kənd təsərrüfatının ənənəvi sahələrindən olan barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin məhz Qaxda keçirilməsinin rayonun hər bir sakini kimi, onda da böyük qürur hissi doğurduğunu vurğulayan gənc deyib: "Qısa müddətdir ki, fındıq bağlarının salınması ilə məşğul olan şirkətin yerli qurumunda işlə təmin olunmuşam. Dövlətimizin başçısı müşavirədə digər sahələrlə yanaşı, fındıqçılığın da gələcək inkişafı ilə bağlı çox mühüm məsələlərə toxundu, tapşırıqlar verdi. Yaxın gələcəkdə respublikamızda mövcud fındıq bağlarının sahəsinin 80 min hektara çatdırılması qarşıya hədəf olaraq qoyulub. Fındıqçılığın çox gəlirli sahə olduğunu nəzərə alsaq, deməli, gələcəkdə kənd əhalisinin gəlirlərinin daha da artması üçün real şərait yaranacaq. Bu sahədə çalışan gənc olaraq, qarşıya qoyulan məqsədlərə çatmaq üçün var qüvvəmlə çalışacağam”.
banner

Oxşar Xəbərlər