Filip Rotun sevdiyi kitablar
Ötən
həftə amerikalı yazar Filip Rotun dünyasını dəyişməsi xəbəri dünya mətbuatında
bir xeyli yer tutdu. Yazarın xatirəsinə həsr olunan yazıları 10 gündür ki,
bir-birini əvəz edir. Amerika və dünya mətbuatının ədəbiyyat bölmələri demək
olar ki, hər gün yazarla bağlı bir xəbər paylaşır. Biz isə bu dəfə "Guardian”
redaktorlarının Filip Rotun "Sevimli kitabları” başlıqlı xəbərini paylaşırıq.
Əvvəlcədən qeyd edək ki, bu siyahı yazarın "Paris Review”, "Flavorwire” kimi
dərgilərə verdiyi müsahibələrin incələnməsi nəticəsində hazırlanıb. Tam siyahı
ilə "Guardian”-da tanış ola bilərsiniz.
· "Vətəndaş Tom Peyn” ("Citizen Tom Paine”) – Hovard Fast
· "Ogi Marçın sərgüzəştləri” ("The adventures of Augie March”) – Saul
Belou
· "Əlvida, silah” ("A farewell to
arms”) – Ernest Heminquey
· "Madam Bovari” ("Madame Bovary”) – Qustav Flobert
· "Cinayət və cəza” ("Crime and
punishment”) – Fyodor Dostoyevski
· "Anna Karenina” – Lev Tolstoy
· "Caniko” ("Janico”) – Kolette
· "Nəhənglər küçəsi” ("Street of crocodiles”) – Bruno Skulz
· "Məhkəmə” ("The trial”) –
Frans Kafka