• cümə, 29 Mart, 13:12
  • Baku Bakı 14°C

Fikrət Sadıqdan şeirlər

21.11.16 11:10 9388
Fikrət Sadıqdan şeirlər
HALBUKİ

Nə olsun çaylar dolub, çaylar dolub nə olsun,
Halbuki, meşə solub,meşə solub halbuki.
Nə olsun el dərdlidir, el dərdlidir nə olsun,
Halbuki, azad olub, azad olub halbuki.

Nə olsun qabda aş var, qabda aş var nə olsun,
Halbuki, gözdə yaş var, gözdə yaş var, halbuki,
Nə olsun yol hamardır, yol hamardır nə olsun,
Halbuki, yolda daş var, yolda daş var halbuki.

Nə olsun gün saçır nur, gün saçır nur nə olsun,
Halbuki, qanım donur, qanım donur halbuki.
Nə olsun göz doymayıb, göz doymayıb nə olsun,
Halbuki, ömür sönür, ömür sönür halbuki.

VƏ LAKİN

Bu dünyada sevinc də var,
Və lakin – kədərlə birgə.
Səadət – bağrı badaşdı,
Qəzavü-qədərlə birgə.

Bu dünyada qızılgül var,
Və lakin – tikanla birgə.
Bülbül aşıq timsalıdı,
Köksündəki qanla birgə.

Aydın səma, göy üzü var,
Və lakin – dumanla birgə.
Ümid dolu ürək də var,
Nigaran – gumanla birgə.

Bir də övlad fərəhi var,
Və lakin – dərdiylə birgə.
Hələ biçilməmiş – zəmi,
Dolu yağan göylə birgə.

Həyat da var dadlı, şirin,
Və lakin – ölümlə birgə.
Çox acı sözlərim də var,
Çox şirin dilimlə birgə.

Bu dünya bütövdür – guya,
Və lakin – kəsirlə birgə.
Kor-koranə ömür sürür,
İnsan min bir sirlə birgə.

Tarix qələmlə yazılıb,
Və lakin – qılıncla birgə.
Dua, alqış ərşə dirək,
Qarğışla, qaxıncla birgə.

Quru, torpaq adalar var,
Və lakin – dənizlə birgə.
Tərpənmir, amma fırlanır,
Dünya – bəndənizlə birgə.

Azadlığa da çıxmışıq,
Və lakin – izinlə birgə.
Sən azadsan – azad olsa
Özünlə, sözünlə birgə.

Yalnız qocalanda bilirsən bunu
Qocalıq özü bir sirri-xudadır,
Yalnız qocalanda bilirsən bunu.
Ömrə yamaq olan dərdi-bəladır,
Yalnız qocalanda bilirsən bunu.
Sən istər-istəməz nimdaş olursan,
Sən dönüb qocaman dam-daş olursan,
Sənə söz deyirlər, sən daş olursan,
Yalnız qocalanda bilirsən bunu.
Yerişin səngiyir, səsin yumşalır,
Çiyninə atırlar ağır yun şalı.
Yaşın istəyinlə heç uyuşmayır,
Yalnız qocalanda bilirsən bunu.
Zəifləyib gözün, korşalıb beynin.
Güllər açılsa da açılmır eynin.
Özündən də əvvəl qocalıb əynin,
Yalnız qocalanda bilirsən bunu.
Ayaq ayaq üstə durmaq istəmir,
Əl nə istəyirsə, barmaq istəmir,
Qış düşüb, bu odun yarmaq istəmir,
Yalnız qocalanda bilirsən bunu.
Söhbətin tutmayır yaxın kəs ilə,
Hərdənbir "burdayam" - deyib səs elə!
Sənə təsəlliyçin nəvən bəs eylər,
Yalnız qocalanda bilirsən bunu.
Yanında dursa da baxmaz gözələ,
Yaxşı deyil, axı görən söz elər.
Heç nə bacarmırsan, barı göz elə,
Yalnız qocalanda bilirsən bunu.
Üzün xal-xal səpər, dərin büzüşər,
Çaşıb söz deyərsən evdə söz düşər.
Əlin yavaş-yavaş eldən üzüşər,
Yalnız qocalanda bilirsən bunu.
Düşmənin sevinər, dostun yan keçər,
Bu fani dünyadan bir insan keçər,
Səni də aldadıb bu dövran keçər,
Yalnız qocalanda bilirsən bunu.
Orda oğlun-qızın durub müntəzir,
Yorulmuş ataya rahatlıq gəzir.
Qarışıq dünyadan bir qoca bezir,
Yalnız qocalanda bilirsən bunu.
Yaşadır
(Köhnə qafiyələrlə təzə şeir)
Sənətkarı el yaşatmır,
Sənətkar eli yaşadır.
fikri aydın olsa əgər
İnsanı əli yaşadır.
Lap dan söküləndə dursun,
Üzünü dan şehi yusun,
Qaşı-gözü qara olsun,
Gözəli teli yaşadır.
Anasına "Ana" deyən,
Sözümüzə nur çiləyən.
Milləti millət eləyən
Öz ana dili yaşadır.
Sənət itməyir batsa da,
İşıqda işıq yatsa da,
Vəli Əlini atsa da,
Vəlini Əli yaşadır.
Göz nəyi görübdür, qələm!
Bilirəm mən, bilir aləm!
Qəm üstündə köklənib bəm,
Muğamı zili yaşadır.
"Məğrur ol" öyrədir biri,
O birisi deyir "kiri!"
Diri olmaqçın "ol diri!"
Tarixi ölü yaşadır.
Həyat şirin, həyat acı!
Ellik qardaş, ellik bacı!
Qoy çox olsun bağlayıcı,
"Lakin"i "Vəli" yaşadır.
Ömür barışmaz - haqq-nahaq!
Ümidimiz ana torpaq.
Xeyirxah qaniçənə bax -
Xəstəni zəli yaşadır!
İnsan bu cür axşam-səhər,
Yaşayır guya birtəhər.
Canındadır xeyirlə-şər,
Ömrü ikili yaşadır.
Əlləri qoynunda
İndi, hər çətin iş görülür pulla,
Tale - bir küncdə qalıb,
əlləri qoynunda.
Yaxşının bəxti yaman gətirib.
Əla - bir küncdə qalıb,
əlləri qoynunda.
Eləni elə şişirdiblər ki,
Belə - bir küncdə qalıb,
əlləri qoynunda.
İnsana zülm edən elə insandır
Bəla - bir küncdə qalıb,
əlləri qoynunda.
Allahdan başqa
Allah yoxdur
Dünən olmasa - sabah yoxdur,
Bəyaz yoxdursa - siyah yoxdur.
Bir "gah" yazmasan - bir "gah" yoxdur,
Özü yıxılsa - "cinah" yoxdur.
Zülm qovmasa - pənah yoxdur,
Yerdə hər şey var - bir haqq yoxdur.
İnsan yoxdursa - günah yoxdur,
Allahdan başqa Allah yoxdur.
Əslində
Əslində əslində əslində deyil,
Əsli də heç də bir mislində deyil.
O, miskin, sərgərdan, dünya-xəzinə,
Açarı sehirli "sim-sim"də deyil.
Bu yerdə yaşamaq sadə bir işdir,
Burda hər nə varsa tilsimdə deyil.
Yalanla doğrunun arasındadır,
Yalana doğruya təslim də deyil.
Yarısı qaranlıq, yarısı işıq
Tam kafər, tam bütöv müslim də deyil.
Əsli var, kökü yox, - əsilzadədir,
Bu halın günahı nəslində deyil.
Üzü gün, qəlbi buz, ikili sifət,
Gül açıb, amma gül fəslində deyil.
Hüseyn də dəyişib, Söyün olubdu,
Gülsüm də əvvəlki Gülsüm də deyil.
Bu günün adamı kimi - adamdı,
Dindir gör, heç o da əslində deyil.


YENƏDƏSABİR


Əlimikəsirsən,
deyirsən– "tərpənmə!”
Dilimikəsirsən
deyirsən– "sus,dinmə!”
Yanıram,üstümə
sudaçiləmirsən,
deyirsən– "yan,sönmə!”
Donuram,üstümə
qartopuatırsan,
deyirsən– "isinmə!”
lll
Zalımdünya,bunca
əzabolmaz,axı!
Hamıolsahaqqın
bədbəxtqalmaz,axı!
Sevincdənqışqırsam
mənidəbirgörən,
eşidəntapılar.
Birgünlükdəolsa
açılartaybatay
opaslıqapılar.

SUAL-CAVAB

–Gəldim.
Dünyanıgördüm.
Qəlbimisardı,
Odlubirsual.
–Cavabına
Ogördüyündünyadan
Heçnə,təkbir
İçimsual!

BİRYERDƏDİR
Əsldünyaimişbu!
Cənnətdə,cəhənnəmdə.
İnsanbeləaldanır,
Cənnətdə,cəhənnəmdə.
İkisibiryerdədir,
Cənnətdə,cəhənnəmdə.
Yaşayırıqyerdəbiz -
Cənnətdə,cəhənnəmdə.

QİSMƏT

Hərkəsinqismətigələndəbölünür.
Kiminəqoşaovuc,kiminətəkovuc.
Kimnəmiqdarolsaəzəldənbilinir
Kiminəqoşaovuc,kiminətəkovuc.
***

Çoxolançoxyedi,azolanazyedi.
Çoxolangizlədi,azolangözlədi.
Göydəndəbirmələkbunlarıizlədi.
Kiminəqoşaovuc,kiminətəkovuc.

***
Naşükürdoymadı,artmağacəhdetdi.
Durdu,zorişlətdi,zorəydidüzxətti.
Tanrıyaağoldu,aləmititrətdi.
Kiminəqoşaovuc,kiminətəkovuc.

XEYİRVƏŞƏR

Xeyirdəxalisxeyir,
Şərdədətamxalisşər.
Birbilənvarmıgörən,
Nəqədərdir,nəqədər?!

***
Xeyrinzərifsaçağı
Qarışıbşərəseyrək.
Şərinzəifsaçağı.
İlişibxeyrətək_tək.

***
Nəqədərki,dünyada
Xeyirdəvar,şərdəvar.
Deməli,dünyadavar.
Dünyadabəşərdəvar.

MƏKRDAĞARCIĞI
Yaranışdaneləbudur
Üzdədiritiqılçığı.
Heçnədənbəhanətapır,
Divarayaxırpalçığı.

Dilinənəgəlsədeyər,
Boşdurağzınınçax-çaxı.
Fikirdənfikrəaddayır,
Dolaşırmənasaçağı.

"Srağagün” –nədirbilmir.
Qarışıqsalırhacağı.
Sözüngözünəqumatır,
Örtülürsözünaçığı.

Qarnıqurtlu,qəlbisoyuq
Dilaltındavarbıçağı.
Dünən-ölü,sabah– nisyə,
Bəyəniryalnızbuçağı.

Sənətəmeylivarsada
Yoxdurzərrəqanacağı.
Əyrini–görəndəsusar,
Düzə– "hə”deməz,haçığır!

Tanıtdımaləməbunu
Tutsadamənəacığı.
Bunatəkbiradyaraşır,
Yalnızməkrdağarcığı.
NƏFSYIXAN

Köhnəsəfəratında
Zamançapırirəli.
Köhnəlsədəköhləni
Dartıbçəkirilləri.

***

Gəlib-gedirlərdaim.
İnsanlarnəsil-nəsil.
Sondabaxıbgörürsən.
Birşeyolmayıbhasil.

***
Həyatözaxarıyla
Heyaxır...Mütəmadi.
Yaşamaq,çoxçətinmiş
Heçdədeyilmişadi.

***
Buyalançıdünyada
Çoxzalımdıadamlar.
Dostyıxan,rəqibyıxan,
Evyıxan,qəlbyıxanvar.

***

Şəhəryıxıbdağıdan,
Millətiyıxandavar.
Camaataqarışan,
Aradançıxandavar.

***

Nəəcəb,indiyədək,
Yalnızdünyadabirkəs,
Cəhdeləyibyəni,öz
Nəfsiniyıxabilməz.

***

Bu–inqilabolardı,
Minildəbirinqilab.
Gələcəyəqalmaqçın
Budur–əndoğrucavab.

***

Nəqədərçoxolsaydı
Nəfsinə"dur” –deyənlər.
Oqədərazalardı
Mərifətbilməyənlər.

***

Nəəcəb,mərdürəkli
Birpəhləvantapılmır.
Dünyayıxılanyerdə
Birnəfsiyıxanolmur.

***

Qayıtsındilimizə
Yenədə"nəfsinibas”
Ondaikicəkəlmə
Dünyanıedərxilas.
banner

Oxşar Xəbərlər