• çərşənbə axşamı, 23 aprel, 10:31
  • Baku Bakı 20°C

FIG eks-prezidenti: Azərbaycan Gimnastika Federasiyası gimnastikanın bütün növlərinin gələcəyinə açıqdır

09.05.17 18:43 1024
FIG eks-prezidenti: Azərbaycan Gimnastika Federasiyası gimnastikanın bütün növlərinin gələcəyinə açıqdır
Azərbaycan Gimnastika Federasiyası gimnastikanın bütün növlərinin gələcəyinə açıqdır.
Trend-in məlumatına görə, bunu Beynəlxalq Gimnastika Federasiyasının (FIG) eks-prezidenti Bruno Qrandi FİG Şurasının Bakıda keçirilən iclasının yekunları ilə bağlı jurnalistlərə deyib.
O bildirib ki, mən 2003-cü ildə bədii gimnastika üzrə Dünya Kubokunun Bakıda keçirilməsi təklifini irəli sürdüm və Azərbaycan hökuməti bu təklifi qəbul etdi:"O zaman mən Təşkilat Komitəsi ilə məsləhətləşmək üçün Bakıya gəldim. Qeyd etmək lazımdır ki, Dünya Kuboku fantastik keçdi. Azərbaycanın mükəmməl Gimnastika Federasiyası var. Bu, kompliment deyil, reallıqdır. Azərbaycan Gimnastika Federasiyası çox effektiv işləyir və gimnastikanın bütün növlərinin gələcəyinə açıqdır".
B.Qrandi həmçinin, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqına (UEG) irəli çəkilməsinə də münasibətini bildirib:"O, yaxşı namizəddir. Biz Fərid Qayıbovla uzun zaman işləmişik və bilirəm ki, onun böyük potensialı və qələbə üçün bütün şansları var".
banner

Oxşar Xəbərlər