• cümə axşamı, 18 aprel, 06:54
  • Baku Bakı 12°C

FİFA onu bu jestə görə cəzalandıracaq

13.10.17 13:10 2944
FİFA onu bu jestə görə cəzalandıracaq
Avstraliya yığmasının futbolçusu Tim Keyhill FİFA tərəfindən cəzaya məruz qalacaq.
Kaspi.az xəbər verir ki, buna səbəb futbolçunun qol sevinci zamanı nümayiş etdirdiyi jestdir. Keyhill Suriya ilə keçirilən pley-off qarşılaşmasının qəhrəmanı olub. O, cavab oyununda dublla yadda qalıb.
37 yaşlı futbolçu qol vurduqdan sonra şəxsi sponsoru olan "TripADeal” kompaniyasına işarə olaraq, əli ilə "T” hərfini göstərib. Əslində, bu jest diqqətdən kənarda qalmışdı. Ancaq kompaniya Keyhilli "instaqram”da təbrik etdikdən sonra FİFA duyuq düşüb.
Təbrik sonradan silinsə də, artıq FİFA məsələ ilə bağlı araşdırmalara başlayıb.
banner

Oxşar Xəbərlər