• cümə, 19 Aprel, 11:38
  • Baku Bakı 13°C

FİFA-nın keçmiş rəhbəri DÇ-2018-lə bağlı rüşvət iddiasına münasibət bildirib

08.04.20 12:15 582
FİFA-nın keçmiş rəhbəri DÇ-2018-lə bağlı rüşvət iddiasına münasibət bildirib
Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçmiş prezidentiYozef Blatter2018 və 2022-ci illərin dünya çempionatlarına ev sahibliyi edən ölkələrinin seçimi ilə bağlı korrupsiya haqqında informasiyanı şərh edib.
"Report”un məlumatına görə, o, bununla bağlı "France24”-ə açıqlama verib.
"FİFA-nın İcraiyyə Komitəsinin üzərinə xüsusi centlmen razılaşması düşürdü. Bu da belə", - Blatter bildirib.
Daha əvvəl ABŞ-ın Ədliyyə Nazirliyi Nyu-Yorkun şərq dairəsi üzrə məhkəməsinə ittiham aktının verilməsi haqqında bildirib. İttihamda xüsusi halda deyilir ki, FİFA-nın keçmiş vitse-prezidentiCek UornerRusiyadan 5 milyon ABŞ dollar məbləğində rüşvət alıb. İttihama görə, FİFA-nın icraiyyə komitəsində çalışmışRafael Salqeroda guya Rusiyadan dünya çempionatına ev sahibliyi ilə bağlı səsverməyə görə 1 milyon ABŞ dolları rüşvət alıb.
Qeyd edək ki, yarış 2018-ci ildə Rusiyada keçirilib, dünya çempionatı 2022-ci ildə Qətərdə təşkil olunacaq.
banner

Oxşar Xəbərlər