FİFA-da kadr dəyişikliyi - İki mühüm postda
FİFA-nın iki mühüm postunda kadr dəyişikliyi baş verib.
Kaspi.az xəbər verir ki, dəyişiklik FİFA Şurasının Bəhreyndə
keçirilən iclasında qəbul edilib. FİFA-nın etika komitəsinin arbitraj
palatasının rəhbəri Hans-Yoaxim Ekkert və FİFA-nın etika komitəsinin istintaq
palatasının sədri Kornel Borbeli öz postlarını tərk ediblər.
Onların yerinə FİFA konqresinə yunan Vassilios Skurisin və
kolumbiyalı Mariya Klaudiya Roxasın namizədlikləri təklif olunub.