• cümə axşamı, 25 aprel, 04:14
  • Baku Bakı 19°C

FHN: Ötən sutka 21 yanğına çıxış olub, 6 nəfər xilas edilib

01.04.21 14:00 513
FHN: Ötən sutka 21 yanğına çıxış olub, 6 nəfər xilas edilib
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, Nazirliyin "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 21 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 6 nəfər, o cümlədən suda boğulma təhlükəsi ilə üzləşmiş 1 nəfər xilas edilib.
banner

Oxşar Xəbərlər