• cümə, 29 Mart, 18:13
  • Baku Bakı 14°C

FHN: Ötən gün 19 yanğına çağırış olub, 3 nəfər xilas edilib

07.05.21 12:45 735
FHN: Ötən gün 19 yanğına çağırış olub, 3 nəfər xilas edilib
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
APA-nın FHN-insaytına istinadən verdiyi xəbərə görə,"112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 19 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 3 nəfər xilas edilib, həmçinin Nərimanov rayonunda beşmərtəbəli binanın fasad daşlarının yerə tökülməsi ilə əlaqədar ərazidə xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb.

banner

Oxşar Xəbərlər