• çərşənbə axşamı, 23 aprel, 20:12
  • Baku Bakı 20°C

FHN “Sədərək” Ticarət Mərkəzində yanğınla əlaqədar məlumat yayıb

10.06.17 23:46 1212
FHN “Sədərək” Ticarət Mərkəzində yanğınla əlaqədar məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi"Sədərək” Ticarət Mərkəzində yanğınla əlaqədar məlumat yayıb.APA-nın xəbərinə görə, məlumatda bildirilir ki, ticarət mərkəzində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 305 m2 olan mağazaların yanar konstruksiyaları ümumilikdə 295 m2 sahədə və 1 ədəd "Beko” markalı kondisioner yanıb. Yüksək temperaturdan yaxınlıqda yerləşən ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 63 m2 olan 2 mağazanın lambirdən ibarət tavanı və 1 ədəd "Samsung” markalı kondisionerin üzlüyü əriyib. Yanğın zamanı ölən və ya xəsarət alan olmayıb.
Yanğın saat 19:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər