• cümə, 19 Aprel, 21:47
  • Baku Bakı 24°C

FHN Gürcüstana yanğının söndürülməsi üçün ikinci helikopter göndərib

21.08.17 21:28 1787
FHN Gürcüstana yanğının söndürülməsi üçün ikinci helikopter göndərib
Azərbaycan Gürcüstanda Borjomi-Xaraqulsk qoruğunda meşə yanğınlarının söndürülməsi üçün ikinci helikopter göndərib.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın Milli Meşəçilik Agentlyi məlumat yayıb.

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin birinci helikopteri artıq adıçəkilən qoruq yaxınlığında yerləşən Daba kəndində yanğının söndürülməsinə cəlb olunub. Ərazidə əsən güclü küləkyeni yanğın ocaqlarının yaranmasına səbəb olub.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən,Fövqəladə Hallar NazirliyiGürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə bu gün helikopter göndərib.

banner

Oxşar Xəbərlər