• bazar, 02 Noyabr, 18:26
  • Baku Bakı 15°C

FHN Goranboydakı qəza ilə bağlı məlumat yayıb

01.11.19 21:17 974
FHN Goranboydakı qəza ilə bağlı məlumat yayıb
Goranboy rayonunda "КамАЗ" markalı yük avtomobili ilə "ВАЗ” markalı minik avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.​
banner

Oxşar Xəbərlər