• çərşənbə axşamı, 19 mart, 12:02
  • Baku Bakı 8°C

O aktrisalardan bizdə niyə azdır?

21.11.19 09:30 3983
O aktrisalardan bizdə niyə azdır?
Onlara daha çox meydan verilməli, seriallar çəkilməlidir ki...
Komediya həssas olduğu qədər də,zərif birjanrdır. Gülüşyaratmaqgöründüyü qədər asan deyil. İnsanları düşündürərək güldürmək isə həm çətin, həm də qarşı tərəfdən yüksək intellekt və dünyagörüş tələb edir.Dünyaədəbiyyatınınvəkinosununkomediyajanrındaeləincilərivarki,onlarölməzlikqazanıblar. Azərbaycandamusiqilikomediyafilmlərizorənyox,təbiigülüşhəqiqiünvanıkimidiqqəticəlbedir.VaxtiləAzərbaycankinosundakomediyajanrındamüxtəliffilmlərçəkilib. Burada bir- birindən maraqlı və fərqli qadın obrazları öz əksini tapıb. Hazırda qadınların gündəlik qayğıları, onların başlarına gələn maraqlı hadisələrdən də kifayət qədər maraqlı və reytinq gətirən seriallar ərsəyə gələ bilər. Ancaq nədənsə bu gün çəkilən komediya seriallarımızın bir çox qəhrəmanları arasında kişilər üstünlük təşkil edir. Belə ki, daha çox kişi personajlarımız komediya ustası, komediya aktyoru kimi məşhurdur. Onların arasında qadınlar azdır. Bir zamanlar qadınlardan ibarət "3 bacı” serialı çəkilsə də, indi qadınlardan bəhs edən yerli komediya seriallarımız yoxdur. Bəzən internet kanalında 4-5 dəqiqəlik "Möcüzəli rəfiqələr” serialını görsək də, bu da tələbata cavab vermir. Bu gün Azərbaycanda qadın komediya ustaları ilə yanaşı, Əməkdar artist Dilarə Əliyevadan savayı qadın stand up ustamız yoxdur. Bəs görəsən hər mövzuda liderliyi qoruyub saxlamağı bacaran qadınlarımız bu məsələdə niyə zəifdirlər? Mövzu ilə bağlı ekspertlərin də cavablarını öyrəndik.
Əməkdar artist, yeganə qadın "Stand up” ustası Dilarə Əliyeva deyir ki, komediya və yumor ciddi bir janr olsa da, bəzən buna dırnaqarası baxılır: "Ən ciddi janr elə komediyanın özüdür. Çünki komediya janrında bayağılıqla yumor arasında çox nazik bir xətt var. O xətti aşmaq və o xəttin üzərində gəzməyi bacarmaq isə hər kəsə nəsib olmur. İstər qadın, istər kişi komediya aktyorunda yumor hissi və düşüncə tərzi olmalıdır. Beyinin çevikliyi sayəsində o yumoru anında hiss eləməyi, yerində reaksiya verməyi bacarmalıdır. Nəinki Azərbaycanda, dünyada qadın komediya ustaları say etibarı ilə azlıq təşkil edir. Mən düşünürəm ki, bu təbiətdən gələn bir şeydir. Azərbaycan teatrının səhnəsində çox az aktrisalarımız hərtərəfli rollar oynamağı bacarıblar. Belə ki, onlar həm dram, həm komediya janrında obrazlar yaradıblar. Amma onların arasından məxsusi komediya aktrisası kimi tanınan çox az aktrisalarımız olub. Onları xatırlamağa çalışanda gözümüzün önündə mərhum sənətkarlarımız Nəsibə xanım Zeynalova, Xalq artisti Afaq Bəşirqızı canlanır. Baxmayaraq ki, istər teatrda, istər televiziyada, istərsə də kinoda komediya rollarını oynayan istedadlı aktrisalarımız olub, amma tamaşaçının birmənalı şəkildə komediya ustası deyə qəbul etdiyi barmaqla sayıla biləcək qədər aktrisalarımız var”.
D.Əliyeva qeyd etdi ki, komediyada aktrisa həvalə olunan rolu oynamaqla kifayətlənmir, burada yumor potensialı əsas götürülür: "Komediya aktrisası hazırcavab olmalı, baş vermiş situasiyada incə bir yumoru dərhal tutmağı bacarmalıdır. Yəni sadəcə "mən komik rol oynayıram” deyə belə düşüncə tərzinə sahib olan insanlar da az deyil. Söhbət təkcə komik obraz canlandırmaqla bitmir. Komediya aktrisası durmadan illər uzunu öz rolları, çıxışları ilə tamaşaçını cəlb etməyi bacarmalı və tamaşaçı kütləsi toplamalıdır. Komediya aktrisasının beyni digərlərinə nisbətən çox iti işləməli və heç bir anı gözdən qaçırmamalıdır. Adlarını qeyd etdiyim aktrisalar illər boyu çalışaraq, öz möhürlərini vurublar. Onlar, sadəcə bir aktrisa kimi deyil, komediya aktrisası kimi böyük bir tamaşaçı kütləsi toplayıblar. Hansı ki, onlar dominant və fenomendirlər. Məhz onların adı ilə bağlı olan tamaşalar, filmlər tamaşaçıları özünə cəlb edir. Belə bir söz var: "Komediya aktyorları ölümündən sonra da insanları güldürməyə davam edirlər”. Belə olduğu təqdirdə bu insanlar həqiqətən komediya ustasıdırlar. Misal üçün Nəsibə Zeynalovanın adı çəkiləndə simamızda təbəssüm, gülüş əks olunur. Komediya aktrisasının replikaları, zarafatları dildən-dilə gəzməyi bacarmalıdır. O sözlər aforizmə çevrilməlidir. Müəllifin ona həvalə etdiyi oyunu tamaşaçının beyninə, həyat tərzinə, ürəyinə daxil etməyi bacarmalıdır. Bir tamaşa və bir obrazla kimisə komediya aktrisası kimi təyin etmək də olmur, çox böyük illər lazımdır ki, birmənalı şəkildə qərar verəsən ki, bu insan həqiqətən komediya aktrisasıdır”.
Azərbaycanın ilk qadın "Stand up” ustası olan Dilarə Əliyevaya ilə söhbətimizdə bu günə qədər qadın "stand up” ustasının yoxluğundan da danışdıq. Müsahibimiz bildirdi ki, stand up söyləmək o qədər də asan deyil: "Azərbaycanda "stand up” söyləyən qadın aktrisalarımız olmayıb, daha çox monoloq söyləyən qadın aktrisalarımız olub. Monoloq söyləməklə "stand up” arasında böyük bir fərq var. Misal üçün Naibə Allahverdiyanın, Zemfira Əbdülsəmədovanın monoloqlarını izləmişəm. "Stand up” tamam fərqli bir üslubdur. Belə ki, monoloq söyləyənlərdən fərqli olaraq birbaşa zala müraciət edib, gözlənilmədən zaldan aldığı cavabların üzərindən tamaşaçı ilə birbaşa dialoqa keçir. Qəbul olunmuş stereotiplərimiz ki, var onlara senzura olmadan, öz baxışı tərzi ilə yanaşmağı bacarmalıdır. Yəni sözün əsil mənasında nəql edən, natiq olmalıdır. "Stand up” ustasının əvvəlcədən hazırlanmış çıxışı olur. O, monoloq söyləyəndən fərqli olaraq, 5-6 dəqiqəlik çıxışı ilə deyil, 2 saat tamaşaçı ilə üzbəüz danışmağı, onu əldə saxlamağı, ritmi qoruyub saxlamağı, eyni zamanda bu müddət ərzində tamaşaçını yormamağı bacarmalıdır ki, tamaşaçı ondan gözünü çəkməsin”.
Aktyor, ssenarist Ənvər Abbasov hesab edir ki, xanımlara aid serialların çəkilməsinin əsl zamanıdır: "Doğrudur ki, bu gün xanımlarımızdan bəhs edən seriallarımız yoxdur. Bizim o qədər də çox seriallarımız olmayıb ki, deyək, niyə xanımlara aid serialımız yoxdur. Əvvəllər ehtiyat edirdik ki, serialı xanımların üzərində qurarıq, bir az tutarlı və maraqlı olmaz. Ancaq təcrübəmiz əsnasında gördük ki, xanımlarımız seriallarda daha çox olanda, bu, böyük maraq kəsb edir. Xanımların oyun tərzi ilə tanış olduqdan sonra əmin olduq ki, seçmə xanım aktrisalarımızın üzərində serial qurmaq olar”.
Ə.Abbasov qeyd edir ki, yanvar ayından belə bir layihə həyata keçirməyi düşünür: "Belə ki, sırf xanımlardan ibarət belə bir layihə üzərində çalışırıq. Mən razıyam ki, yaddaqalan, komik qadın obrazlarımız çox azdır. Ancaq deyə bilmərəm ki, bizim xanım aktrisalarımız istedadsızdırlar. Bu, belə deyil. İstedadlı, güclü yumor qabiliyyəti olan aktrisalarımız çoxdur. Onlara daha çox meydan verilməli, seriallar çəkilməlidir ki, özlərini göstərə bilsinlər. Ya da kişi aktyorlara yaradılan şərait onlara da yaradılmalıdır. Misal üçün "Şəmi”, "Şöşü”, "Fəlakət” kimi obrazları yaradan kişi komik aktyorlarımız heç nədən, özləri tərəfindən irəli sürülən layihə ilə məşhurlaşdılar. Yeni layihələr olsa, düşünürəm ki, yeni obrazlar çıxa bilər. Dünyanın hər yerində qadınların tutarlı komediya aktrisası kimi tanınması azlıq təşkil edir. Daha çox, bu yöndə kişilər özünü doğruldub və tanınıb”.
Qadın "Stand up” ustalarına gəldikdə isə Ə.Abbasov bunun üçün ssenari hazırlamağın vacib olduğunu vurğuladı: "Əgər o qadının ssenari yazmaq istedadı yoxdursa, nə etsə də xeyri yoxdur. "Stand up” söyləmək üçün mütləq yazar lazımdır. Ancaq bizdə əksər "stand up” ustaları ssenariləri özləri yazırlar. Ssenarini yazmaq isə ayrı bir istedaddır. "Xəzər” telekanalında "Comedy xana” layihəsini etdik. Burda kişilərlə qadınlar bir yerdə şou göstərir. Bizdə heç vaxt belə layihələr olmayıb. Çünki bu üslubda ssenari yazmaq çox sətindir. Biz ssenari yazdıqdan sonra bu layihə baş tutdu. Açığı, qadınlardan ibarət "Comedy Women” də düşünürük. Yanvardan sonra sırf qadınlardan ibarət bu tipli bir layihə edəcəyik. Bunun üçün də əsas ssenaridir. Ssenari olmasa, bunların hamısını bir araya gətirmək mümkün olmayacaq”.
"Xəzər” telekanalında yayımlanan "İmtahan” və "Ata ocağı” seriallarının ssenaristi Valeh Əhmədov deyir ki, dünyada ən reytinqli komediya filmlərində əsas qəhrəmanlar kişilərdir: "Bir zamanlar "Xəzər” telekanalında "Qayınana”, "Aramızda qalsın” seriallarında maraqlı qadın rolları olub. "Qayınana” serialında Sənubər İsgəndərlinin gəlini ilə arasında olan problemlər, intellektual zarafatlar yer alırdı. Biz kişi, qadın demədən, aktyorlarla çalışırıq. Günlük yaşantıları, problemləri yazmağa çalışırıq. İndi çalışdığım "İmtahan” serialında da demək olar ki, qrupun yarısı qadınlardan ibarətdir. Orda yumoristik, fərqli xarakterlər var. Hər zaman gender bərabərliyinə diqqət etməyə səy göstərmişik. Bizim çox istedadlı qadın aktrisalarımız var. Bu yöndə bir qədər ixtisaslaşmaq lazımdır. Qadına da, kişiyə də yumor yazmaq olur. Bu sahədə çoxsaylı aktyor və aktrisalarımız kifayət qədərdir. Azərbaycanda kifayət qədər yumoristik qabiliyyətə malik olan aktrisalarımız var. Sadəcə doğru insana doğru personaj təqdim etmək lazımdır”.
Komediya seriallarının rejissoru, əməkdar mədəniyyət işçisi Ramin Hacıyevdeyir ki, personajın tutarlı olması tamaşaçının onu anlamasından asılıdır: "Bundan öncə rejissoru olduğum "Bacanaqlar” serialında Sevda , Fatma xanım kimi qadın personajları tutarlı olmuşdu. Ancaq kişi aktyorlara nisbətən qadın komediya aktrisalarımız azlıq təşkil edir. Bu yöndə həmişə problem olur. Xanım aktrisaların yumor qabiliyyəti seriallarda önəmli rol oynayır. Kişilər gülüşə daha meyllidir. Xanımlar isə filmdə, serialda, cəmiyyətdə daha ciddi olmağa çalışırlar. Məsələn, qadınlar bir yerdə oturanda çox az deyib-gülürlər, daha çox qeybət edirlər. Ancaq kişi məclisində elə olmur. Yəqin hardasa bunun da öz təsiri var”.
Rejissor hesab edir ki, qadın serialları böyük reytinq gətirir: "Yeni mövsüm başlayanda düşündük ki qadınlardan ibarət bir serial çəkək və əsas personajlarımız qadınlar olsun, hətta serialın adını da düşünmüşdük. Hətta obrazları da düşünmüşdük ki, kimlər olacaq. Siyahıda Sənubər İsgəndərli, Mələk Abbasova vardı. Sonra başqa bir ideya düşündük. Mövzu yaxşı olandan üzərində işləmək olar. Reytinqin özü də mövzu verir. Qadın aktrisalarımız nisbətən komplekslidirlər. Kompleksi olan adam bu işlə məşğul ola bilməz, bu, onda alınmaz”.
Xəyalə Rəis
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim olunur
banner

Oxşar Xəbərlər