• cümə axşamı, 28 mart, 23:17
  • Baku Bakı 13°C

Fevralın 27-si Dünya Antropologiya Günüdür

20.02.20 13:45 1367
Fevralın 27-si Dünya Antropologiya Günüdür
Hər il fevral ayının üçüncü cümə axşamı ölkələrdə Dünya Antropologiya Günü qeyd olunur.
Amerika Antropologiya Assosiasiyası tərəfindən təsis olunan və bu il fevralın 20-nə təsadüf edən Dünya Antropologiya Gününün qeyd olunması bəşəriyyətin tarixini, başqa sözlə, insanların sosial və bioloji xüsusiyyətlərini, onların dəyişilməsini öyrənən antropologiya elminə marağın artırılması məqsədi daşıyır. Hazırda ABŞ, Almaniya, İngiltərə, İtaliya və digər ölkələrdə antropologiya üzrə elmi müəssisələr, təşkilat və kurslar fəaliyyət göstərir, bu sahəyə dair tədris proqramları, monoqrafiyalar, elmi toplular hazırlanır.
AMEA-danAZƏRTAC-a bildirilib ki, Azərbaycanda antropologiya sahəsində prioritet mövzular, müasir nəzəriyyələr müəyyənləşdirilir, antropologiya elminin inkişaf konsepsiyası hazırlanır. Ölkə antropoloqlarının tədqiqatlarının əsas istiqamətini Azərbaycan xalqının tolerantlığının tarixi köklərinin araşdırılması, azərbaycanlıların sosial-mədəni birlik kimi formalaşması və onların oхşarlıqlarının aşkar edilməsi məsələləri təşkil edir. Antropologiya elminin inkişafı istiqamətində AMEA-da da mühüm işlər görülür. Belə ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda Antropologiya Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə antropologiyanın çoxsaylı problemləri üzrə elmi tədqiqatlar aparılır, bu sahədə yüksəkixtisaslı kadr hazırlığına xüsusi diqqət yetirilir. Həmçinin Antropologiya ixtisası üzrə AMEA-da magistraturaya qəbul həyata keçirilir.
Bununla yanaşı, AMEA Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının Arxeologiya, etnoqrafiya və antropologiya ixtisasları üzrə Elmi şurasının yaradılması da bu sahəyə ayrılan diqqətin bariz nümunəsidir.
banner

Oxşar Xəbərlər