• cümə, 19 Aprel, 03:45
  • Baku Bakı 18°C

Festivalın birinci günü televiziya filmlərinə həsr ediləcək

28.10.17 09:10 921
Festivalın birinci günü televiziya filmlərinə həsr ediləcək
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə noyabrın 15-dən 18-dək keçiriləcək Dördüncü Bakı Beynəlxalq Turizm Filmləri Festivalının birinci günü televiziya filmlərinə həsr ediləcək.
AZƏRTACxəbər verir ki, noyabrın 15-də festivalda Çexiya, Portuqaliya, Ukrayna, Litva, Ekvador, Slovakiya, Türkiyə, Avstraliya, Estoniya, Rusiya, Böyük Britaniya, Bosniya və Herseqovina və Bolqarıstanın televiziya filmləri təqdim olunacaq. Sonrakı günlərdə "ölkə, region, şəhər”, "mədəniyyət, ənənə”, "ekoturizm və digər turizm növləri”, "reklam filmləri” kateqoriyalarında ekran əsərləri göstəriləcək.
Nizami Kino Mərkəzində keçiriləcək festivala giriş sərbəstdir.
Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirmək, habelə tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqəti cəlb etməkdir.
banner

Oxşar Xəbərlər