• cümə axşamı, 28 mart, 20:45
  • Baku Bakı 13°C

FES-in bir neçə elektron xidmətində nasazlıqlar baş verib

25.02.21 10:30 443
FES-in bir neçə elektron xidmətində nasazlıqlar baş verib
Ölkədə mərkəzi bankrolu oynayanABŞ Federal EhtiyatlarSisteminin (FES) elektron bank köçürmələrixidməti bir neçə saatlıq müddətəsıradan çıxıb.
APAxəbər verir ki, bu barədə Amerika maliyyə tənzimləyicisinin saytındaməlumat yer alıb.
Təxminən üç saat ərzində Mərkəzi Bankın,demək olar ki, bütün elektron xidmətləri"əməliyyat xətasısəbəbindən”işləməyib. Maliyyə tənzimləyicisinasazlığın"ödəmələrin vaxtına təsir edəcəyini”açıqlayıb.

Bunlarınarasında elektron bank köçürmələri sistemi, habelə borc və kreditlərin ödənilməsi üçün depozitar və əlaqəli qurumları birləşdirən məlumat mübadiləsi mərkəzidəvar.Nasazlıqlar banklar, müəssisələr və dövlət qurumları arasında vəsait və maliyyə aktivlərinin köçürülməsi sistemində fasilələrlə müşahidə olunub. Bundanbaşqa, əməkhaqqı, sosial təminat, vergi geri ödəmələri, korporativ ödənişlərlə işləyən sistemlərədə təsiredib.
"Federal EhtiyatlarBankının əməkdaşları hazırda bir çox xidmətinfəaliyyətində yaranmış nasazlıqlabağlı araşdırma aparır”, - deyə FES-in açıqlamasında bildirilir.
Hazırda xidmətlərin əksəriyyəti bərpa edilib. Ölkənin maliyyə infrastrukturuna nə qədər ziyan dəydiyi hələlik məlum deyil. Söhbət Mərkəzi Bank sistemlərinin gündəlik icra etdiyi on milyonlarla əməliyyatdan gedir.
banner

Oxşar Xəbərlər