• cümə axşamı, 18 aprel, 23:07
  • Baku Bakı 21°C

Fərqlənmə nişanı yalnız taksi fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə veriləcək

19.06.20 10:51 577
Fərqlənmə nişanı yalnız taksi fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə veriləcək
Fərqlənmə nişanı yalnız taksi fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə veriləcək.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, məqsəd sərt karantin rejimində taksi xidməti adı ilə sərbəst hərəkət imkanı məqsədilə sui-istifadə hallarının qarşısının alınmasıdır.
İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişə uyğun olaraq minik avtomobilində şəffaf arakəsmə quraşdırılması mütləqdir. Arakəsmə quraşdırılmayan avtomobillərə fərqlənmə nişanı verilməyəcək.
Həmçinin fərqlənmə nişanı Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli Qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri onlar üçün irəli sürülən standartlara və normativlərə uyğun avtomobillərə verilir.
banner

Oxşar Xəbərlər