• cümə, 29 Mart, 11:16
  • Baku Bakı 5°C

Fermerlərin “Elektron hökumət“lə bağlı bilikləri artırılır

04.06.15 16:03 637
Fermerlərin “Elektron hökumət“lə bağlı bilikləri artırılır
“Gənclərin İqtisadi, Sosial və Mənəvi İnkişafına Yardım” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Fermer təsərrüfatlarının "Elektron hökumət"in xidmətlərdən istifadə sahəsində biliklərin artırılması üçün dəyirmi masa və təlimlərin həyata keçirilməsi” layihəsi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirmişdir.
Tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Kənd Təsərrüfatı Nazirliyi qarşısında aqrar sahələrdə həyata keçirilən tədbirlərin effektivliyinin artırılması üçün iri fermer təsərrüfatlarının yaradılmasında elektron xidmətlərdən istifadənin genişlənməsinin vacibliyi vurğulanmışdır. Layihənin əsas məqsədi “Elektron hökumət” quruculuğu sahəsində qanunvericiliklə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, fermerlərin “Elektron hökumət” layihəsində ictimai fəallığını artırmaq olmuşdur. Fermerlərin və elektron hökumət quruculuğu mühiti ilə bağlı məlumat əldə etmək (əlçatımlıq) mexanizmləri yaratmaq, elektron hökumət quruculuğu sahəsində mövcud hüquqi bazanın daha asan və anlaşıqlı formada əldə etmək imkanları müzakirə olunmuşdur.
Dəyirmi masalar Şirvan şəhərində, Hacıqabul, Sabirabad rayonlarında keçirilmişdir. Dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri, media qurumlarının nümayəndələri və ekspertlər dəvət olunmuşdur. Dəyirmi masada bütün maraqlı tərəflərin nümayəndələrinin iştirakına şərait yaradılmışdır.
Dəyirmi Masada “Elektron hökumət quruculuğu sahəsində mövcud hüquqi baza” mövzusunda məruzələr dinlənilmişdir. Dəyirmi Masanın materialları sosial media vasitələrində yerləşdirilmişdir. Sosial mediadan və İnternet texnologiyalardan istifadə edərək “Elektron hökumət” quruculuğu ilə bağlı əlverişli informasiya mühiti formalaşdırmışdır.
banner

Oxşar Xəbərlər