• cümə axşamı, 28 mart, 22:53
  • Baku Bakı 13°C

Fərman Kərimzadənin 80 illik yubileyi qeyd olunacaq

09.03.17 15:15 1254
Fərman Kərimzadənin 80 illik yubileyi qeyd olunacaq
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə martın 10-da saat 12:00-da Suraxanı rayon Heydər Əliyev Mərkəzində yazıçı, nazir Fərman Kərimzadənin 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.
İdarədən Trend-ə verilən məlumata görə, tədbirdə xalq artisti, "Şöhrət” ordeni laureatı Rasim Balayev, Yazıçılar Birliyinin üzvü, şair Musa Yaqub, əməkdar artist, kinorejissor və aktyor Elxan Qasımov, əməkdar mədəniyyət işçisi, şair Çingiz Əlioğlu, kinorejissor Şeyx Əbdül, Bakı Dövlət Universitetinin filologiya fakultəsinin "Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının professoru Nizaməddin Şəmsizadə, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun filologiya üzrə fəlsəfə doktoru Aynur Xəlilova, Şadlinski nəslinin nümayəndəsi Eşqin Şadlinski, Fərman Kərimzadənin qızı Yeganə Kərimzadə və digər qonaqlar iştirak edəcəklər.
banner

Oxşar Xəbərlər