"Fənərbağça" doğma meydanda minimal hesabla məğlub olub

İdman
05 Oktyabr 2019, 09:52 177
Oktyabrın 4-də futbol üzrə Türkiyə Superliqasının VII turunun ilk qarşılaşmasında "Fənərbağça" doğma meydanda "Antalyaspor"u qəbul edib.
AZƏRTAC xəbər verir ki, "Şükrü Saracoğlu" stadionunda baş tutan görüş maraqlı hücumlarla yadda qalsa da, oyunda cəmi bir qol qeydə alınıb. Görüşdə yeganə qolu 6-cı dəqiqədə antalyalıların yarımmüdafiəçisi Ufuk Akyol vurub. Bundan sonra meydan sahibləri nə qədər etsələr də hesabı dəyişə bilməyiblər. Beləliklə "Fənərbağça" doğma meydanda minimal hesabla məğlub olub 0:1.
Turun digər qarşılaşmasında isə "Yeni Malatyaspor" doğma meydanda "Denizlispor"u 5:1 hesabı ilə məğlub edib.
Türkiyə Superliqasının VII turunun digər oyunları bu gün və oktyabrın 6 və 7-də keçiriləcək.