• cümə, 29 Mart, 05:09
  • Baku Bakı 7°C

FED rəhbəri: “Bitkoindən çirkli pulların yuyulmasında istifadə oluna bilər”

14.12.17 09:10 2004
FED rəhbəri: “Bitkoindən çirkli pulların yuyulmasında istifadə oluna bilər”
Bitkoin etibarsız, yüksək dərəcəli spekulyativ aktivdir və oçirkli pulların yuyulmasında istifadə oluna bilər.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) başçısı Canet Yellen bəyan edib.
"Hazırda beynəlxalq hesablaşmalarda bitkoin cüzi yer tutur. Həmçinin bitkoin qanunvericiliklə tənzimlənməyən qeyri-sabit mənfəət mənbəyi kimi səciyyələndirilir. Federal Ehtiyatlar Sistemi bitcoinlə bağlı hər hansı tənzimləyici rol oynamaq fikrində deyil”, deyə C.Yellen bildirib.
C.Yellen həmçinin banklara qeyri-qanuni yolla əldə edilmiş maliyyə vəsaitlərinə qarşı çıxmağın vacibliyini xatırladaraqbəyan edib ki, çirkli pulların yuyulmasında bitkoindən də istifadə oluna bilər.
banner

Oxşar Xəbərlər