AZE | RUS | ENG |

Fatmayı kəndində 3 ədəd top mərmisi tapılıb

Fatmayı kəndində 3 ədəd top mərmisi tapılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə, Abşeron rayonunun Fatmayı kəndində sursat aşkar olunması barədə məlumat daxil olub.
 
FHN-dən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub.
 
XRXX-nin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Aşkar olunan sursata baxış zamanı müəyyən olub ki, bu, döyüş tətbiqinə yararsız olan 3 ədəd top mərmisidir.
 
Mərmilər ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Sursatın tapıldığı əraziyə yeraltı və yerüstü baxış zamanı heç bir şübhəli əşya aşkar olunmayıb.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8752
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1433
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1733
CHF 1 1 İsveçrə frankı 1.7072
KWD 1 1 Küveyt dinarı 5.5963
TRY 1 1 Türkiyə lirəsi 0.2883