• cümə, 19 Aprel, 08:43
  • Baku Bakı 13°C

Faşizmin təzahürləri artıq Ermənistanın siyasi həyatında norma kimi qəbul olunur

05.06.20 10:15 444
Faşizmin təzahürləri artıq Ermənistanın siyasi həyatında norma kimi qəbul olunur
Beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe nümayiş etdirməsi beynəlxalq təhlükəsizliyin bərqərar olmasında mühüm dönüş ola bilər.
Bunu Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Sevil Mikayılova bildirib ki, Prezident İlham Əliyevin uzun illərdən bəri Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın təcavüzkar siyasəti ilə bağlı həqiqətləri yüksək tribunalardan səsləndirməsi, eləcə də bu istiqamətdə dövlətimiz tərəfindən aparılan məqsədyönlü fəaliyyət dünya birliyində obyektiv fikir formalaşdırıb: "Məhz buna görə də bu gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir. Xüsusilə, son zamanlar beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi və onun ətrafında baş verən proseslərlə bağlı yaydığı bəyanatlar bütün dünyada separatizm meyillərinin birmənalı şəkildə pisləndiyini, təcavüzkar siyasətin ikrah doğurduğunu və regionda sülhə real təhdid yaratmasının narahatlıqla qarşılandığını aydın göstərir.
Məhz cənab Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə əlaqədar müvafiq bəyanatlar veriblər. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, "bizim bir çox ölkələrlə ikitərəfli formatda imzaladığımız strateji tərəfdaşlıq haqqında bəyannamələrdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması təsbit edilir”.
Ermənistan daxilində siyasi uğursuzluğa uğrayan baş nazir Nikol Paşinyan ölkədə faşizm və millətçilik meyillərinin təbliğ olunması istiqamətində utancverici fəaliyyəti ilə artıq gündəmdədir. Faşist Njdeyə 6 metrlik abidənin ucaldılması və faşizm üzərində Qələbənin 75 illik yubileyi günündə bu abidə önünə əkili qoyulması, heç sözsüz, Ermənistandakı siyasi rejimin əsl mahiyyətini olduğu kimi göstərir.
Deputat qeyd edib ki, terroru və faşizmi dövlət səviyyəsində dəstəkləyən bir ölkə, şübhəsiz, nəinki region, həm də dünya üçün təhdiddir: "Heç təsadüfi deyil ki, faşizmin təzahürləri artıq Ermənistanın siyasi həyatında norma kimi qəbul olunur. Hətta ölkə rəhbəri Paşinyan öz faşist kökləri ilə öyünür, erməni millətçi legionunda xidmət etmış babası ilə fəxr edir. Bu onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır.
Məhz bu siyasi mühitin formalaşdığı bir dönəmdə Dağlıq Qarabağ münaqışəsinın ədalətli həlli istiqamətində beynəlxalq birliyin çevik addımları dünyada sülhə və təhlükəsizliyə verəcəyi böyük töhfə olacaq. Buna görə də təcavüzkarı adı ilə adlandırmağın, beynəlxalq hüququn norma və prinsiplərinin həyata keçməsi üçün fəaliyyəti sülh və dayanıqlı həllin əldə olunması üzərində cəmləşdirməyin zamanıdır”.
banner

Oxşar Xəbərlər