AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Fantastika: 12-ci il, 12-ci ay, 12-ci gün, 12-ci dəqiqədə 12 nömrəli futbolçu qol vurdu

Fantastika: 12-ci il, 12-ci ay, 12-ci gün, 12-ci dəqiqədə 12 nömrəli futbolçu qol vurdu

İdman
13 Dekabr 2012, 13:37 1723
İtaliyanın “Yuventus” klubunun futbolçusu Sebastyan Covinko unikal göstəriciyə imza atıb. Lent.az-ın məlumatına görə, 25 yaşlı hücumçu “Kalyari” ilə ölkə kuboku matçında təkcə komandasını ¼ finala çıxaran yeganə qolun müəllifi olmayıb.

“Atom qarışqası” 2012-ci ilin 12-ci ayının 12-ci günündə bir çoxlarının nə iləsə yadda qalmağa çalışdığı bir vaxtda sevinib. 12 nömrəli futbolçu ikinci hissənin 12-ci dəqiqəsində qələbə topunu vurub. Bununla da bəstəboy forvard “12”ni özü üçün əbəs yerə xoşbəxt rəqəm saymadığını nümayiş etdirib.

Qeyd edək ki, Sebastyan Covinko hazırda 164 sm boya və 59 kq çəkiyə malikdir. 2013-cü il yanvarın 26-da onun 26 yaşı tamamlanacaq.