• cümə, 29 Mart, 16:46
  • Baku Bakı 14°C

Falkao perulu futbolçulara hansı məlumatı verib? - Video

12.10.17 12:05 2332
Falkao perulu futbolçulara hansı məlumatı verib? - Video
DÇ-2018-in seçmə mərhələsində keçirilən Peru - Kolumbiya görüşü zamanı Falkaonun rəqib komandanın kapitanına nəsə dediyi diqqəti cəlb edib.
Kaspi.az xəbər verir ki, Kolumbiya yığmasının futbolçusu rəqibə məlumat ötürdüyünü etiraf edib. O, digər oyunların nəticələri barədə Perunun kapitanına məlumat çatdırıb və onları sakitləşməyə çağırıb:
"Biz digər oyunların nəticələrini bilirdik və turnir cədvəlindəki durumu nəzərə alıb oynayırdıq. Bu məlumatı Perunun futbolçularına da çatdırmaq istədim”.
Falkaonun məlumatından sonra Perunun kapitanı Xose Paolo Qerrero komanda üzvlərinə sakitləşməyi tapşırıb. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Kolumbiya 4-cü yeri tutaraq, DÇ-yə birbaşa vəsiqə qazanıb.
Peru isə pley-off qarşılaşmasında qüvvəsini sınayacaq.
banner

Oxşar Xəbərlər