• çərşənbə axşamı, 19 mart, 10:25
  • Baku Bakı 8°C

Faiq Qarayev: “Bizdən asılı olan hər şeyi edəcəyik“

16.08.13 17:57 1469
Faiq Qarayev: “Bizdən asılı olan hər şeyi edəcəyik“
Çempionlar Liqasının gələn ilin martında keçiriləcək “Dördlər finalı”nın Azərbaycanda baş tutmaq şanslarına pley-off mərhələsinədək aydınlıq gələcək.
Milli.Az-ın Apasport.az saytına istinadən məlumatına görə, bunu Avropa Voleybol Konfederasiyasının (AVK) prezidenti Andre Meyer açıqlayıb.
Bakıda səfərdə olan AVK rəhbəri həlledici oyunları qəbul etmək üçün sifariş verən klubların bunun üçün, ilk növbədə, qrupdan çıxmalı olduğunu vurğulayıb: “Pley-off-a yüksələn hər bir komanda final mərhələsini qəbul etməyə iddia edə bilər. Buna dekabrın sonu, gələn il yanvarın əvvəlində aydınlıq gələcək. Amma onu deyə bilərəm ki, Bakı artıq bizə müraciət edib”.
Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev də məsələyə münasibət bildirib. Mütəxəssis son illərin dəyişməz Azərbaycan çempionu “Rabitə”nin yarışa ev sahibliyi etmək şanslarını yüksək qiymətləndirib: “Reytinq siyahısında Azərbaycan klubları arasında ən yüksək yerdə “Rabitə”dir. Onların “Dördlər finalı”nın ev sahibi olması üçün bizdən asılı olan hər şeyi edəcəyik”.
Qeyd edək ki, 2011/12 mövsümündə də “Dördlər finalı” Bakıda keçirilib, lakin ölkəmiz yarışda təmsil olunmayıb.
banner

Oxşar Xəbərlər