• çərşənbə, 24 Aprel, 09:01
  • Baku Bakı 13°C

Əziz Əliyev: Naxçıvandakı səhiyyə müəssisələrində ən mürəkkəb əməliyyatların keçirilməsi üçün bütün şərait var

17.06.17 22:00 1470
Əziz Əliyev: Naxçıvandakı səhiyyə müəssisələrində ən mürəkkəb əməliyyatların keçirilməsi üçün bütün şərait var
Naxçıvandakı səhiyyə müəssisələrində ən ağır və mürəkkəb əməliyyatların keçirilməsi üçün hazırda bütün şərait mövcuddur. Naxçıvanlı həkimlərin bilik səviyyəsi və burada onkologiya sahəsində vəziyyət qənaətbəxşdir.
Bu fikirləriAZƏRTAC-a müsahibəsində Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu, professor Əziz Əliyev səsləndirib.
O deyib: "Biz çalışacağıq ki, naxçıvanlı həkimlərlə ildə 2-3 dəfə təcrübə mübadiləsi aparaq. Milli Onkologiya Mərkəzinin həkimləri Naxçıvana gələcək, naxçıvanlı həkimlərlə birlikdə əməliyyatlar aparacaqlar. Naxçıvanlı həkimlər də Bakıya gələrək təcrübələrini artıracaqlar”.
Əziz Əliyev qeyd edib ki, Milli Onkologiya Mərkəzinin yüksəkixtisaslı həkim heyətinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasında keçirilən konfrans da təcrübə mübadiləsi baxımından əhəmiyyətli olub: "Biz bu sahədə təcrübə və informasiya mübadiləsini müzakirə etdik və onkoloji xəstəliklərdə erkən diaqnostikanın vacibliyini diqqətə çatdırdıq. Bundan başqa, iki gün ərzində Naxçıvan Muxtar Respublika Xəstəxanasında xəstələri müayinə etdik və cərrahi əməliyyatlar apardıq. Həmin əməliyyatlar uğurla nəticələndi”.
Professor bildirib ki, Milli Onkologiya Mərkəzi bu gün respublika əhalisinə göstərilən ixtisaslaşmış onkoloji yardım üzrə aparılan elmi-metodik və profilaktik işlərin koordinasiyası ilə məşğul olan əsas mərkəz funksiyasını daşıyır. Mərkəzin əməkdaşları tərəfindən hər il onkoloji xidmətin təkmilləşdirilməsinə dair səyyar sessiyalar keçirilir. Respublikanın kliniki və eksperimental onkologiya, şüa diaqnostikası və şüa terapiyası ixtisasları üzrə aparıcı mütəxəssislərinin böyük əksəriyyəti bu Mərkəzdə cəmləşib.
banner

Oxşar Xəbərlər