• cümə, 29 Mart, 16:49
  • Baku Bakı 14°C

Eyni oteldə qalacaqlar avtobuslar da...

17.12.19 11:13 461
Eyni oteldə qalacaqlar avtobuslar da...
Kataloniyada "el klasiko”ya hazırlıq işləri intensivləşdirilib.
Kaspi.az xəbər verir ki, təhlükəsizlik tədbirlərini gücləndirmək üçün də xüsusi təlimatlar verilir. Təhlükəsizlik tədbirlərini maksimum səviyyədə təmin etmək üçün "Barselona” və "Real” futbolçuları eyni oteldə məskunlaşacaqlar.
"Sofiya” otelindən "Nou Kamp”a yola düşərkən, komandaların avtobusları ardıcıl hərəkət edəcəklər. Avtobusların təhlükəsizliyini 12 xüsusi avtomobil təmin edəcək.
Həmin gün Kataloniyanın müstəqilliyini tərəfdarları Barselonada etiraz nümayişi keçirəcəklər. Qeyd edək ki, 10-cu turda keçirilməli olan "el klasiko” məhz etirazlar ucbatından təxirə salınmışdı.
banner

Oxşar Xəbərlər