• şənbə, 20 Aprel, 10:07
  • Baku Bakı 14°C

Çexiyanın keçmiş prezidenti Vatslav Klaus koronavirusa yoluxub

24.02.21 11:00 360
Çexiyanın keçmiş prezidenti Vatslav Klaus koronavirusa yoluxub
Çexiya Respublikasının keçmiş prezidenti Vatslav Klaus koronavirusa yoluxub.
APAxəbər verir ki, bu barədə V.Klausun köməkçisi Peter Matsinka məlumat verib.
O bildirib ki, Praqa Mərkəzi Hərbi Xəstəxanasında yarım saat müayinədən sonra məlum olub ki, Klaus koronavirus infeksiyasına yoluxub: "Vatslav Klaus ambulator müalicə alacaq”.

Qeyd edək ki, bu il iyunun 19-da 80 yaşı tamam olacaq V.Klaus 2003-2013-cü illərdə Çexiyaya rəhbərlik edib.
banner

Oxşar Xəbərlər