• şənbə, 20 Aprel, 17:00
  • Baku Bakı 23°C

"Exit poll": Tunisdə keçirilən seçkilərdə müstəqil namizəd qalib gəlib

14.10.19 13:30 491
"Exit poll": Tunisdə keçirilən seçkilərdə müstəqil namizəd qalib gəlib
Tunisdə "exit poll"un nəticələrinə əsasən ötən gün keçirilmiş prezident seçkilərində müstəqil namizədKais Səidqalib gəlib.
"Report" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Qeyd edilir ki, "Sigma Conseil" şirkətinin keçirdiyi rəy sorğularına görə, professor76,9%seçisi səsi toplayıb. Seçkilərdə onun rəqibi olmuş biznesmenNabil Kariu 23%-dən çox səs qazanıb.
Daha əvvəl sorğularda Səidin72,5%, rəqibinin isə27,5%səs topladığı bildirilirdi.
Qeyd edək ki, dünənTunisdə prezident seçkilərinin ikinci turu keçirilib.Oktyabrın 6-da keçirilən prezident seçkilərinin birinci turunda müstəqil namizəd Kais Səid və "Tunisin ürəyi” partiyasını lideri, korrupsiya, maliyyə fırıldaqçılığı ittihamı ilə həbs olunan və səsvermə ərəfəsində azadlığa buraxılan Nabil Karui ən çox səstoplayıb.
banner

Oxşar Xəbərlər