• cümə axşamı, 25 aprel, 23:58
  • Baku Bakı 21°C

Əvvəlcə atasını aldılar, sonra Neymarı

31.03.17 10:55 940
Əvvəlcə atasını aldılar, sonra Neymarı
Braziliyanın investisiya fondu DIS-in rəhbəri Delsir Sonda Neymarın "Barselona”ya keçidi barədə danışıb. Kaspi.az xəbər verir ki, Delsir Neymarın atasını rüşvət almaqda ittiham edib. O, bildirib ki, "Barsa”nın sabiq prezidenti Sandro Rosel Neymarı transfer etmək üçün əvvəlcə onun atasını rüşvətlə ələ alıb: "Neymar "Barselona”ya o vaxt keçdi ki, əvvəlcə onun atasını aldılar. Bu, korrupsiyanın xüsusi növüdür. Əvvəlcə Neymarın atasına 10 milyon avro veriblər. Bunu borc kimi qeyd ediblər.
Neymar özü isə 17 sənəd imzalayıb. Özü də "Santos”un oyunçusu kimi. Bu isə etik cəhətdən düzgün deyil”.
DIS kompaniyası 2009-cu ildə Neymarın transfer hüquqlarının 40 faizini alıb. Kompaniya Neymarı və "Barselona”nı transfer məbləğini kiçiltməkdə ittiham edir. Buna görə də DIS bu transferdən az gəlir əldə edib.
banner

Oxşar Xəbərlər