• çərşənbə axşamı, 19 mart, 15:13
  • Baku Bakı 8°C

Əvəzedilməz oyunçu yoxdur - Fiqu Ronaldo barədə

22.06.17 15:00 1366
Əvəzedilməz oyunçu yoxdur - Fiqu Ronaldo barədə
"Real”ın və Portuqaliya yığmasının sabiq futbolçusu Luiş Fiqu Kriştiano Ronaldo barədə yayılan söz-söhbətə münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Fiqu Ronaldonun "Real”ı tərk edəcəyinə inanmadığını deyib. O, əvəzedilməz futbolçunu olmadığını da vurğulayaraq, komandanın bir oyunçudan asılı olmasının yolverilməz olduğunu bildirib:
"Yəqin ki, Ronaldonun "Real”ı tərk etməsi üçün çoxlu səbəblər olmalıdır. Bütün hallarda, bu, Ronaldonun şəxsi işidir. Amma onun başqa kluba keçəcəyinə də inanmıram.
Ümumiyyətlə, hesab edirəm ki, əvəzedilməz futbolçu yoxdur. Təkcə Ronaldonu və Pepeni nəzərdə tutmuram. Düşünürəm ki, klub bir futbolçudan asılı olmamalıdır. Klubun tarixi hər şeydən üstündü”.
banner

Oxşar Xəbərlər