• şənbə, 20 Aprel, 20:09
  • Baku Bakı 24°C

Evdən bayıra çıxmamaq risk altından uzaq olmaq deməkdir

29.04.20 16:15 993
Evdən bayıra çıxmamaq risk altından uzaq olmaq deməkdir
Yaşı 65-dən yuxarı olanlara bayıra çıxmamaq qadağası mənə də aiddir. Ona görə də hardasa bir aydan artıqdır demək olar ki, evdən bayıra addım atmıram. Virusla mübarizə aparıldığı bu çətin günlərdə mənim də əlimdən gələn budur. Mənim kimi yaşlılara, elə aşağı yaşda olanlara da məsləhət görürəm ki, ehtiyac və zərurət olmadığı halda evdən çıxmasınlar. Ola bilsin ki, bir az sərt səslənsin, amma mən xüsusi karantin qaydalarının pozulmasına cinayətə bərabər iş kimi baxıram, çünki buna əməl etməməklə həm özünün, həm də başqalarının həyatını risk altında qoyursan.
AZƏRTACxəbər verir ki, bu sözləri İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru, Xalq artisti Vidadi Əliyev deyib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində tətbiq edilən qaydalara ciddi riayət edən aktyor digər həmkarları kimi "Evdə qal” kampaniyasına qoşulub.
O, öz məşğuliyyəti haqqında bunları deyib: "Evdə qaldığım müddətdə tarixi filmlərə baxmışam, çəkildiyim filmləri izləmişəm. Yeni filmlər haqqında məlumatları çalışıram ki, nəzərdən qaçırmayım. İştirak etdiyim tamaşaların hamısını proqramlarına, ssenarilərinə baxır, keçmişdə olanları götür-qoy edirəm. Vaxtımız indi çoxdur, gərək çalışaq ki, həmin vaxtdan yaxşı yararlanıb istifadə edək. Arzuolunmaz nəticələrlə üzləşmək istəmiriksə, tətbiq olunan qaydalara riayət etməli, gigiyenik tələblərə əməl etməli, immuniteti gücləndirməliyik. Sağlamlığımızı, doğmalarımızı, əzizlərimiz, ətrafımızdakıları və sabahımızı qorumaq üçün bundan başqa yol yoxdur”.
banner

Oxşar Xəbərlər