AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Evdə qalmağımız öz taleyimizi, ailəmizi, ərtafımızı və millətimizi qorumaq üçündür

Evdə qalmağımız öz taleyimizi, ailəmizi, ərtafımızı və millətimizi qorumaq üçündür

Cəmiyyət
06 Aprel 2020, 14:06 120
Azərbaycanın əməkdar idman ustası və ictimai-siyasi xadim, Parataekvando üzrə Azərbaycan milli yığmasının üzvü, dünya çempionu Aynur Məmmədova koronavirus təhlükəsindən qorunmaq üçün ölkə vətəndaşlarını birliyə çağırıb.
İdmançı Trend-ə bildirib ki, bu təhlükəli virus artıq bütün yer kürəsini bürüyüb:
"Mən bir idmançı, bir Azərbaycan vətəndaşı olaraq sizlərdən xahiş edirəm ki, tətbiq edilən qaydalara riayət edək. Əgər bizə göstəriş verilibsə, evdə oturmalıyıq, ətrafımızdakıları qorumalıyıq və buna əməl etməliyik. Bu tədbirlərin hamısı bizlər üçündür. Bizim evdə qalmağımız öz taleyimizi, ailəmizi, ərtafımızı və millətimizi qorumaq üçündür. Hələ də bu təhlükəli virusa ciddi yanaşmayanlar var. Nəinki 10-20 gün, 1 ay, 2 ay da olsa, evdə qalmalıyıq. Məqsəd bu yoluxmanın qarşısını almaqdır. Mən sizin hər birinizdən xahiş edirəm, bir olaq, həmrəy olaq, dövlət başçımıza, polislərə, həkimlərə kömək edək ki, yoluxmaların sayı artmasın".
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.
Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.