“Evde qalın, eviniz sizi sığortalasın” - Video
İcbari
Sığorta Bürosu yeni sosial video çarx hazırlayıb
Koronavirus
pandemiyasından qorunmaq üçün tətbiq edilən karantin rejiminə İcbari Sığorta Bürosu
(İSB) da dəstək verib. Belə ki, İSB "Evde qalın, eviniz sizi sığortalasın”
şüarı altında sosial video çarx hazırlayıb. Sosial video çarxda müxtəlif yaş
qrupundan olan vətəndaşların karantin
rejimində evdə qalaraq həmrəylik nümayiş etdirməsi əks olunur. İSB-nun
əməkdaşlarının da çəkildiyi videoçarxın
qəhrəmanları "Biz zamanında evimizi sığortaladıq, indi isə evimiz bizi sığortalayır” deyərək əhalini karantin
rejiminə ciddi əməl etməyə, pandemiya ilə əlaqədar qlobal mürəkkəb şəraitdə
özlərini, yaxın və doğmalarını virusdan qorumaq üçün evdən çıxmamağa çağırır.
Xatırladaq
ki, vətəndaşlar sahib olduqları əmlakları icbari qaydada sığorta etdirərək
həmin əmlakı yanğın və risklərdən, təbii fəlakətlərdən həmçinin dəyə biləcək
zərərlərdən sığortalamaq hüququna malikdir. Bu günün gerçəyi gələcəyin
sığortasıdır. Biz birlikdə güclüyük. Həmrəy olaq, evdə qalaq və bu dəfə evimiz
bizi sığortalasın.
Qeyd edək ki, Biz zamanında evimizi
sığortaladıq, indi isə evimiz bizi sığortalayır” sosial videoçarxa aşağıdakı
link vasitəsi ilə də baxa bilərsiniz.