• cümə, 29 Mart, 11:51
  • Baku Bakı 5°C

“Eurovision”da ermənilərin təxribat cəhdinin qarşısı alındı

29.04.16 16:00 1296
“Eurovision”da ermənilərin təxribat cəhdinin qarşısı alındı
"Eurovision” beynəlxalq mahnı müsabiqəsinin təşkilatçıları bu ilin bayraq siyasətini açıqlayıblar. APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, Avropa Yayımçılar İttifaqı müsabiqənin yarımfinal və finalının keçiriləcəyi zallara gətirilməsi qadağan olunan bayraqların siyahısını açıqlayıb. Siyahıda İspaniyanın baskların yaşadığı bölgə, Kosovo, Krım, Fələstin və qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayraqları yer alıb. Qeyd edək ki, "Eurovision-2016” müsabiqəsinin yarımfinal və final mərhələsi mayın əvvəlində İsveçdə keçiriləcək.
banner

Oxşar Xəbərlər