• cümə axşamı, 28 mart, 21:10
  • Baku Bakı 13°C

“Euronews” televiziya kanalı Bakı Caz Festivalı haqqında reportaj yayımlayıb

15.11.19 13:45 706
“Euronews” televiziya kanalı Bakı Caz Festivalı haqqında reportaj yayımlayıb
"Euronews” televiziya kanalının alman dili redaksiyasının "Azərbaycanda birlikdə caz ifa etmək: Bakı Caz Festivalı" adlı videoreportajında festival çərçivəsində xüsusilə Avropa caz musiqisinə vurğu edildiyi, azərbaycanlı caz ifaçılarının festivalda aktiv iştirak etdiyi nəzərə çatdırılır.
AZƏRTACxəbər verir ki, reportajda cazın bütün dünya janrlarından bəhrələndiyi qeyd olunur. Müxtəlif mədəniyyətlərin və millətlərin musiqiçilərinin bir arada çalışdığı festivalın proqramının kreativ imkanlarının geniş olduğu vurğulanır. Türkiyənin "Feti Blue Band”, İşveçrənin "Azadlıq Triosu”, Almaniyanın "MASAA” qruplarının, Niderland Krallığından olan saksofon ifaçısı Yuri Honinginq öz həmvətənləri ilə birlikdə yaratdığı kvartetin, fransalı Julie Eriksson adlı müğənni, pianoçu və bəstəkarın festivalda iştirak etdikləri diqqətə çatdırılır. Bakı Caz Festivalında gənc istedadların təşviq edilməsi məqsədilə müxtəlif kateqoriyalarda beynəlxalq müsabiqələrin də olduğu qeyd edilir.
banner

Oxşar Xəbərlər