• cümə axşamı, 18 aprel, 21:52
  • Baku Bakı 21°C

Etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti uzadılıb

09.04.20 09:00 485
Etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti uzadılıb
Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən şəxslərin nəzərinə çatdırır ki, vətəndaşların müraciətləri nəzərə alınmaqla etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti xüsusi karantin rejimi bitənədək uzadılıb.
Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin mətbuat xidmətlərindən bildirilib ki, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş işsiz şəxslər də birdəfəlik ödəməni almaq üçün elektron qaydada müraciət edə bilərlər.
banner

Oxşar Xəbərlər