• şənbə, 27 Aprel, 03:58
  • Baku Bakı 14°C

Etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti karantin bitənədək uzadılıb

08.04.20 20:20 625
Etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti karantin bitənədək uzadılıb
Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən şəxslərin nəzərinə çatdırır ki, vətəndaşların müraciətləri nəzərə alınmaqla etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti xüsusi karantin rejimi bitənədək uzadılıb.
APA-nın xəbərinə görə, bu barədə Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş işsiz şəxslər də birdəfəlik ödəməni almaq üçün elektron qaydada müraciət edə bilərlər.
banner

Oxşar Xəbərlər