• şənbə, 20 Aprel, 09:06
  • Baku Bakı 14°C

“Əsrin müharibəsi”ndə Azərbaycanın böyük diplomatik qələbəsi

02.07.20 10:15 550
“Əsrin müharibəsi”ndə Azərbaycanın böyük diplomatik qələbəsi
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dəstəklənməsi ilə bağlı fikir və mülahizələrini bölüşüb.
AZƏRTACxəbər verir ki, müəllif "Əsrin müharibəsi”ndə Azərbaycanın böyük diplomatik qələbəsi” adlı məqaləsində mövcud vəziyyətdən, dünyamızın yaşadığı böhrandan və bu böhranla mübarizə çərçivəsində edilən cəhdlər və ən əsası, Azərbaycan Prezidentinin qlobal həmrəyliyə verdiyi töhfələrdən, dövlətimizin başçısının dünya miqyasında liderlik fəaliyyətindən bəhs edir.
Məqalədə bildirilir ki, COVID-19 pandemiyası bütün dünya dövlətlərini öz əsarətinə alıb. Sözün həqiqi mənasında, dünya birliyi bu ümumi bəla -"Əsrin müharibəsi” ilə qarşı-qarşıya qalıb. Bu reallığı hər bir dövlət dərk etməli və səyləri birləşdirməlidir. Yalnız bütün dövlətlərin birgə səyləri bu ümumbəşəri bəlaya qalib gəlməkdə müstəsna rol oynaya bilər. Deməli, qlobal səviyyədə nicatımız birliyimiz, həmrəyliymiz və məsuliyyətimizdən asılıdır. Elə bu məntiqdən çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli, regional və qlobal səviyyədə pandemiyaya qarşı mübarizə prosesində atdığı preventiv, ardıcıl və sistemli addımlar həm ölkə ictimaiyyəti, həm də beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Xüsusilə də, Prezident İlham Əliyevin bu il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən Zirvə görüşündə səsləndirdiyi təklif, yəni pandemiyaya qarşı mübarizə məqsədilə BMT Baş Məclisinin xüsusi sessiyasının çağırılması təşəbbüsü dünyada çox böyük siyasi rezonansa səbəb olub.
Siyasi elmlər doktoru vurğulayır ki, qlobal təhdid mənbəyinə-COVID-19 pandemiyasına qarşı beynəlxalq səviyyədə səylərin birləşdirilməsi və gücləndirilməsi mənafeyinə xidmət edən bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət məhz işğalçı Ermənistan oldu. Bununla da Ermənistan dövləti öz mahiyyətini ortaya qoyaraq, dünya miqyasında özünü bir daha rüsvay etdi. Əslidə faşizmi və terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıran bir "psevdodövlət”in bu davranışı heç də təəccüb doğurmur.
Deputat məqaləsində diqqətə çatdırır ki, bu çətin günlərdə Azərbaycan dövləti və onun lideri İlham Əliyev sözün həqiqi mənasında bütün dövlətlər və onların liderləri üçün bir örnək nümayiş etdirdi. Milyonları ölümlə hədələyən qlobal pandemiya şəraitində beynəlxalq təhlükəsizliyə xüsusi cavabdehliyi olan BMT-nin xüsusi sessiyasının çağırılması ilə bağlı heç bir dövlət təklif vermədi, təşəbbüs irəli sürmədi. Bunu 2 il BMT-nin qeyri-daimi üzvü olmuş və qurumun Təhlükəsizlik Şurasına sədrlik etmiş Azərbaycan Respublikası və onu rəhbəri İlham Əliyev etdi. Əslində, Prezident Əliyev bu diplomatik addımı ilə həm də BMT-nin nüfuzunun yüksəlməsinə xidmət edən davranış ortaya qoydu. Prezident İlham Əliyevin birliyin, həmrəyliyin və məsuliyyətin gücləndirilməsinə hədəflənmiş təşəbbüsünün beynəlxalq ictimaiyyət tərəfindən yekdilliklə dəstəklənməsi Azərbaycan liderinin dünyada yüksək nüfuzunun olduğunu göstərdi.
Elman Nəsirov sonda diqqətə çatdırır ki, "Əsrin müharibəsi” hesab edilən COVID-19 pandemiyasına qarşı mübarizə məsələlərində dövlətlərin, xalqların və liderlərin hansı mövqedə dayandıqlarının geniş müzakirə məsələsinə çevriləcəyi və müvafiq qiymətləndirmələrin aparılacağı labüd görünür. Artıq bu istiqamətdə ilkin addımlar atılmaqdadır. İstisnasız söyləmək olar ki, həmin müzakirələrin nəticəsi olaraq bütün beynəlxalq ictimaiyyət etiraf edəcəkdir ki, pandemiyadan qlobal qurtuluşun əldə edilməsi naminə beynəlxalq səyləri bir yumruq kimi birləşdirən dövlət Azərbaycan Respublikası, lider isə Prezident İlham Əliyevdir.
Dövlətlərin pandemiya dövründə belə bir-birinə qarşı geosiyasi ambisiyalardan əl çəkməməsi, sərhədlərin bağlanmasından belə iqtisadi təzyiq elementi kimi istifadə etməsi acınacaqlı haldır. Heç şübhəsiz, bütün bu və digər olduqca aktual məsələlər Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının xüsusi sessiyasının gündəliyində müzakirə olunaraq, öz həllini tapacaq.
banner

Oxşar Xəbərlər