• cümə, 29 Mart, 16:45
  • Baku Bakı 14°C

Əsəbiləşdi, stulları yerə çırpdı

24.02.20 15:15 1505
Əsəbiləşdi, stulları yerə çırpdı
PSJ-nin baş məşqçisi Tomas Tuxelin ÇL-in 1/8 finalında Dortmund "Borussiya”sı ilə keçirilən oyunda Muaro İkardini ehtiyatda saxlaması insidentə səbəb olub.
Kaspi.az xəbər verir ki, İkardi Tuxelin bu qərarından bərk qəzəblənib. O, qəzəbindən bir neçə stulu yerə çırpıb.
İkardinin qəzəbi komanda Parisə qayıtdıqdan sonra da soyumayıb. O, bir neçə komanda yoldaşı ilə mübahisə edib, onlara qarşı ağır ifadələr işlədib.
İkardi PSJ-yə ötən yay "İnter”dən icarə əsasında keçib. 27 yaşlı argentinalı Fransa çempionatında 18 oyunda meydana çıxıb, 11 qol vurub, 2 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər